Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Türkmənistan prezidenti havayı olan kommunal xidmətlərin pullu olmasını istəyir


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistan prezidenti Gurbanqulu Berdımuhamedov ölkədə qazın, işığın, suyun, duzun və havayı olan digər kommunal xidmətlərin pullu olmasını təklif edib.

O sentyabrın 25-də Xalq Məsləhəti-nin toplantısında deyib ki, bu kommunal xidmətlər ağır keçid dövründə əhali üçün pulsuz edilmişdi.

Berdımuhamedovun sözlərinə görə, hazırda ölkə əhalisinin gəlirləri xeyli artıb, hər bir ailənin qazanması üçün geniş imkanlar yaradılıb.

Prezident hesab edir ki, indi dövr təbii ehtiyyatlardan səmərəli istifadə, cəmiyyətdən, dövlətdən və hər bir adamdan bazar münasibətlərinə uyğunlaşmağı tələb edir.

Bundan başqa ölkənin təbii ehtiyatları təkcə bugünkü yox, həm də gələcək nəsillərə xidmət eləməlidir.

AzadlıqRadiosunun türkmən xidməti isə yazır ki, son iki ildir ki, ölkədə ərzaq, buğda və un qıtlığı yaranıb.

Ashgabatda ərzaq növbəsi
Ashgabatda ərzaq növbəsi

İnsanlar vaxtaşırı uzun çörək növbələrinə dayandıqları halda dövlət televiziyası daima mağazalarda piştaxtaların dolu olduğunu göstərir, prezident isə deyir ki, ölkə ərzaq, qida müstəqilliyinə nail olub.

Aşqabadda Market
Aşqabadda Market

Bir tərəfdən də prezident özü etiraf edir ki, ölkənin kənd təsərrüfatı sahəsində ciddi problemlər var.

Son bir neçə ildir ki, o, aqrar-sənaye kompleksinə məsul məmurların işini demək olar ki, hər ay tənqid edir.

Sentyabrın 25-də isə etiraf edib ki, kənd təsərrüfatı sahəsində köklü islahatlar aparılmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG