Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:20

Aşqabad polisi pinti geyinənləri paytaxta buraxmır


Türkmənistan polisi bölgələrdən paytaxta gələnləri yoxlayır, 14 yanvar 2015
Türkmənistan polisi bölgələrdən paytaxta gələnləri yoxlayır, 14 yanvar 2015

Türkmənistan hakimiyyəti gözünə “pinti və səliqəsiz” görünən adamları saxlayıb yoxlayır

Aşqabad polisi səliqəsiz geyimli, pinti görünüşlü saydığı şəxsləri saxlamağa başlayıb. Bu barədə AzadlıqRadiosunun türkmən xidmətinin mənbələri məlumat verib.

Gələn məlumatlara görə, Aşqabadda saxlananların şəxsiyyətini aydınlaşdırmaq üçün sənədlərini də yoxlayırlar. Çox vaxt yoxlamanı mülkigeyimli şəxslər aparır. Yoxlama zamanı saxlanan adamın paytaxtda qeydiyyatının olmaması üzə çıxsa, cərimələnir vədaimi yaşayış qeydiyyatında olduğu regiona göndərilir.

Foto: arxiv
Foto: arxiv

Buna da bax: «Rayon maşınlarının Bakıya buraxılmaması qanunsuzdur»

“Cərimələyib paytaxtdan çıxarırlar”

“Paytaxta qeydiyyatsızlar öncə Xitrovkadakı “Arzuv” və ya “Yalkım” istintaq təcridxanasına göndərilir. Onları 300-500 manat (təxminən 150-250 azn.) cərimələyir və sonra daimi yaşayış yerinə göndərirlər”, - adının açıqlanmaması şərtilə AzadlıqRadosu-nun Türkmən xidmətinə müsahibə verməyə razılaşan qaynaq belə deyir.

Türkmənistan bölgə sakinlərinin dolanışıq və bir tikə çörək üçünpaytaxta gəlişihələ 2015-ci ilin sonlarından məhdudlaşdırılmağa başlanıb.

“Rayon maşınlarına qadağa”

Aşqabad hakimiyyəti region nömrəli şəxsi nəqliyyat vasitələrinin paytaxta girişinə qadağa qoyub. Qadağanı pozanlara inzibati cəza kəsilə bilər.

Prezident sərəncamına görə, bölgələrdə yaşayan sakinin paytaxtdakı müəssisələrdə işə götürülməsindən ötrü mütləq “qanunla icazə” alınmalıdır.

“Aziadi-2017”

Aşqabadda qeydiyyatsız, yaxud “səliqəsiz və pinti görünüşlü” şəxslərin saxlanıb yoxlanması bu ilin sentyabrında Türkmənistanda keçirilməsi nəzərdə tutulan “Aziadi-2017”-yə - V Asiya İdman Oyunlarına hazırlıq dövünə təsadüf edir.

Aşqabad, yol çəkilişində işləyən fəhlə kölgədə istirahət edir, 1 iyun 2015
Aşqabad, yol çəkilişində işləyən fəhlə kölgədə istirahət edir, 1 iyun 2015

Türkmənistan həmin beynəlxalq yarışa coşquyla hazırlaşır. Ölkə idmançıları müxtəlif xarici ölkələrdətəlim-məşq toplantılarına qatılıblar.

“Qapalı məkanlarda Asiya döyüş sənəti”, eləcə də “Qapalı məkanlarda Asiya Oyunları” kimi tanınan oyunlar Mərkəzi Asiyada ilk dəfə Aşqabadda keçirilir.

30 obyektdə 21 idman yarışının keçirilməsi nəzərdə tutulur.

Yarışlar bu il sentyabrın 17-dən 27-dək keçiriləcək.

“İdman oyunlarınadək əyalət sakinlərinin hamısının paytaxtdan çıxarılması nəzərdə tutulur. Hər gün yüzlərlə adam saxlanır”, - AzadlıqRadiosunun türkmən xidmətinə anonimliyinin qorunmasını istəyən Aşqabad polisindəki mənbə belə deyib.

Buna da bax: Bakıda Avropa Oyunları üçün qadağalar siyahısı (İnfoqrafika)

“20-100 manat verib xilas oluruq”

Aşqabadda region qeydiyyatlı “əyalət sakini ovu” ilə yanaşı, saxlanan şəxslərdən rüşvət alınması barədə də məlumatlar gəlir.

“Biz imkan daxilində polisə 20-100 manat verir(təxminən 1-50 azn)və “xilas oluruq”. Bu, 500 manat (təxminən 250 azn) verib, hələ bir paytaxtdan da çıxarılmaqdan yaxşıdır”, - Aşqabadda inşaat şirkətlərinin birində çalışan, Daşoğuz regionundan olan sakinin sözləridir.

Rəsmilər susurlar

AzadlıqRadiosu-nun türkmən xidməti yaranmış vəziyyətlə - xarici görünüşə görə saxlamalar, cərimələr, əyalət sakinlərinin paytaxtdan çıxarılması, rüşvət dedi-qoduları ilə bağlı heç cür rəsmi açıqlama ala bilməyib.

Dünya bazarında qazın ucuzlaşması Türkmənistanda iqtisadi durumu ağırlaşdırıb. Xaricdə fəaliyyət göstərən bəzi müxalif saytlar ölkə daxilindəki mənbələrə istinadən qaz sektorundakı ixtisarlardan söz açır.Növbəti illərdə qaz sektorunda çalışanların yarısının işsiz qalacağı haqqında fikirlər də səslənir.

Buna da bax: Bakının girəcəyində “ağ çadır, qara çadır” söhbəti

Azadlıqlar boğulur

Amnesty Internatiomal hesabatı, 2013
Amnesty Internatiomal hesabatı, 2013

Müxalif saytlar yazırlar ki, hökumət regionlardan gələnlərin önünü kəsməklə paytaxtda işsizlərin çoxalmasının qarşısını almağa çalışır.

Hüquqqoruyucular və ictimai fəallar qeyd edirlər ki, Türkmənistandahakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını sürəkli pozmasına, o cümlədən hərəkət etmək azadlığının məhdudlaşdırılmasına ölkə qanunvericiliyi əsas yaradır.

“Transparency İnternational” Türkmənistanı korrupsiya faktına görə, 176 ölkə arasında 154-cü yerdə görüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG