Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

Vəzifə istəyirsənsə, arıqla


Prezidentin yazdığı kitabı öpürlər
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Prezidentin yazdığı kitabı öpürlər

Türkmənistan prezidenti Gurbanguly Berdymuhammedov gözəl zahiri görünüş həvəskarıdır. Onun bu düşkünlüyü paytaxt Aşqabadın və Xəzər sahilində yerləşən Avaza turizm zonasının gündən-günə artan bəyaz mərmər binalarında da əksini tapıb.

Paytaxtda və bütün ölkəboyu Berdymuhammedov-un maşın kortejinin keçdiyi yolların ətrafında hər yer tərtəmiz və səliqəli olmalıdır.

Ağ və ya gümüşü rəng

Türkmənistan prezidenti 2015-ci ildən bəri ölkəyə qara rəngli minik avtomobillərinin idxalını yasaqlayıb. Ötən ilin noyabrında isə paytaxtdakı bütün avtomobillərin ağ və ya gümüşü rəngə boyanmasını əmr edib. Əhalinin əksər hissəsinin zəngin olmadığı ölkədə 1000-3000 dollar arasında dəyişən boyama xərcləri avtomobil sahiblərinin üzərinə düşüb. O zaman Türkmənistan hökumətindəki mənbə AzadlıqRadiosunun türkmən xidmətinə bildirmişdi ki, vətəndaşların avtomobillərini boyamağa məcbur edilməsi prezidentin ağ rəngi sevməsi ilə bağlıdır.

Prezident təkcə binaların və yolların yox, insanların da zahiri görkəminə çox fikir verir. O, dövlət mediası ilə birlikdə özünü əkşn filmlərinin qəhrəmanı ilə olimpiya idmançısının qarışığı kimi təqdim etmək üçün xeyli zəhmət çəkib. Dövlət televiziyası tez-tez onu desant təlimlərində, at belində, yelkənli qayıqda, yarış avtomobillərində və velosiped sürərkən göstərir. Bu qədər işin içində o, hələ çox sayda kitab və mahnı yazmağa da vaxt tapır.

Türkmənistan prezidenti yenə 'şou göstərir'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Son günlər yayılan xəbərə görə, Gurbanguly Berdymuhammedov öz kadrlarında - digər dövlət rəsmilərində də eyni fiziki hazırlıq səviyyəsi görmək istəyir.

Vəzifə çəkisi

Yanvarın 8-i Türkmənistan prezidenti növbəti dəfə hökumətdə dəyişiklik edib. Bu dəfə o, onlarla rayonun icra hakimini və onların müavinlərini işdən çıxararaq, yeni kadrlarla əvəzləyib. Ancaq potensial yeni kadrlardan ən azı biri özünü formaya sala bilmədiyinə görə siyahıdan çıxarılıb.

AzadlıqRadiosunun türkmən xidməti həmin şəxsin və Balkan əyalətində dövlət qulluğuna təyin olunmağa ümid edən bir neçə digər şəxsin yaxınları ilə danışıb. Onların sözlərinə görə, vəzifəyə təyin olunan şəxslərin tibbi müayinədən keçməsi tələb olunur. Burada əsas meyarlardan biri onların normal çəkidə olmasıdır.

Radionun türkmən xidməti həmin şəxslərin təzyiqlərlə üzləşə biləcəyini nəzərə alaraq, adlarını dərc etməyib.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Standarta uyğun gəlməyənlər

Artıq çəkiyə görə təyinatı baş tutmayan şəxsin ailə üzvləri deyir ki, o, «arıqlamaq üçün iki ay ərzində yalnız toyuq bulyonu yesə də, bir az kök qalıb və standarta uyğun gəlməyib».

Həmin şəxs deyir ki, arıqlamaq dəbi ötən ilin sentyabrında Türkmənistanda keçirilmiş Asiya Oyunlarının təşkili ilə məşğul olan məmurlardan qaynaqlanır. Onun sözlərinə görə, hökumətin bir çox digər qeyri-rəsmi tapşırıqları kimi, bu yeni dəb də bütün ölkəyə yayılıb.

Berdymuhammedov-un Türkmənistan vətəndaşlarını formaya salmaq cəhdləri yeni deyil. O, artıq bir neçə ildir ki, bu istiqamətdə səy göstərir. Aprel ayı Türkmənistanda «sağlamlıq ayı» elan edilib. Bəzən ona «sağlamlıq və xoşbəxtlik ayı» da deyilir. Bu ay ərzində vətəndaşlardan küçəyə çıxaraq idman etmək tələb olunur. Hətta bəzən bu tələbin məcburi hal aldığı bildirilir.

Berdymuhammedov-un sağlamlıq və fitnes nümayişinə bu qədər təkidlə diqqət ayırması onun beynəlxalq aləmdə daha çox tanınmasına yol açıb. Ancaq onun bu həvəsi daha çox şəxsi şıltaqlığa bənzəyir. Bəlkə də o, xalqı məcbur etməklə ölkəsini məhz özü görmək istədiyi şəklə salmağa çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG