Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:29

Tələbələr zorla təqaüddən imtina ərizəsi yazmağa məcbur edilir


Türkmən tələbələr (Arxiv)

Neft ölkəsi Türkmənistanda tələbələri təqaüddən imtina etməyə məcbur edirlər.

Bu barədə Azadlıq Radiosunun Türkmənistan xidməti məlumat yayıb.

"Mənim oğlumu məcbur ediblər ki, imtina ərizəsi yazsın, orada qeyd etsin ki, ailəsinin təqaüdə ehtiyacı yoxdur" - deyə bir qadın radioya şikayət edib.

5-ci kurs tələbəsi olan başqa bir gənc də məlumatı təsdiqləyib.

Məlumata görə, tələbələrə gələn ilin sentyabrından daha təqaüd almayacaqları deyilib.

Gələn il yanvarın 1-dən tələbələrdən ailənin gəlirləri haqda arayış gətirmələri istənilib.

Radio bu xəbərə Türkmənistanın rəsmi orqanlarından münasibət öyrənə bilməyib.

Bu arada hökumət yanvarın 1-dən maaş, pensiya və təqaüdlərin 10 faiz artırılacağını bildirib.

Son illərdə neftin qiyməti düşdüyü üçün Türkmənistanın dövlət büdcəsində problem yaşanır.

Buna da bax: Türkmənistan prezidenti yenə 'şou göstərir'

Türkmənistan prezidenti yenə 'şou göstərir'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG