Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:14

Türkiyəli nazirlər yenidən Almaniyada mitinqdə iştirak etmək istəyir


Hollandiya türklərin referendum aksiyası Rotterdam, 11 mart 2017

Türkiyəli nazirlər 16 aprel referendumu ərəfəsində Almaniyada daha bir mitinqdə iştirak edə bilərlər.

Bunu prezident Recep Tayyip Erdoganın sözçüsü İbrahim Kalın CNN-ə müsahibəsində deyib.

Yeni mitinq cəhdi Almaniya - Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər.

Bundan öncəki mitinqlərdə Almaniya və Hollandiya türkiyəli nazirlərin aksiya iştirakçıları qarşısında çıxış etməyinə icazə verməmişdi. Bu, həmin ölkələrlə Türkiyə arasında diplomatik qarşıdurmaya səbəb olmuşdu.

Türkiyə prezidentinin sözçüsü terrorçu təşkilat kimi tanınmış və fəaliyyəti qadağan olunmuş PKK-nın martın 18-də Almaniyada nümayiş keçirməsinə icazə verdiyinə görə rəsmi Berlini sərt tənqid edib. Həmin aksiyada 30 minədək PKK tərəfdarı Frankfurtda toplaşaraq Erdoğanın referandum planına etirazını bildirib.

Erdoganın Avropanın ədalətsizliklərinə cavab olaraq, oradakı türkləri ən azı 5 övlad dünyaya gətirməyə çağırması almaniyalı millətçilərin qəzəbinə səbəb olub. Bundan sonra ölkədə ikili vətəndaşlığın ləğvi tələbləri yenidən səslənməyə başlayıb.

Almaniyada 3 milyondan çox türk yaşayır. Onların da yarısı həm də Türkiyə vətəndaşıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG