Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

Türkiyədə çevriliş cəhdinə azərbaycanlı da qatılıbmış?


Türkiyə polisi hərbçiləri həbs edir. 16 iyul 2016
Türkiyə polisi hərbçiləri həbs edir. 16 iyul 2016

İyulun 15-də Türkiyədə çevrilişə cəhddə ittiham olunan əsgərlər arasında azərbaycanlı da var.

Nazim Məmmədov adlı həmin şəxs həbsinə yetərli sübut olmadığından daha sonra buraxılıb. Türkiyənin «Milliyet» qəzeti belə yazır.

Qəzet İstanbuldakı Kuleli Hərbi Liseyinin saxlanılmış müdavimlərinin 15 iyul çevrilişinə qatılıb-qatılmadıqlarına dair ifadələrini yayıb.

«QONAQ EVİNDƏ QALIRDIM...»

Müdavimlər bildiriblər ki, çevrilişə cəhd günü polkovnik rütbəli Mürsel Çıkrıkcı bir neçə yüksəkrütbəli hərbçi ilə sıravi əsgərləri təlim adıyla Çengelköy deyilən əraziyə apararaq, onlara «xalqa atəş açmaq» əmri verib.«Milliyet»dəki yazıda əsgərlərin ətraflı ifadələri yer alıb.

Həmin liseyin 36 müdavimi tutulub, 16 müdavim sərbəst buraxılıb.

Erdoğan rəqəmlər açıqlayır: 1000-ə yaxın məktəb bağlanıb...

Erdoğan rəqəmlər açıqlayır: 1000-ə yaxın məktəb bağlanıb...
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Azərbaycanlı Nazim Məmmədov də sərbəst buraxılanlar arasındadır. O, ifadəsində hərbi liseydə oxuduğunu - qonaq tələbə olduğunu deyərək, həmin gecə onlara tapşırıq verildiyini də bildirib. «Bu, normal hal idi. Qonaq evində qalırdım. Gecə yoldaşlarımdan biri olaydan danışandan sonra televiziyaya baxdım. Nə baş verdiyini də oradan öyrəndim. Sadəcə, hərbçilərin küçəyə çıxdığını gördüm. Qonaq evi məktəbin aşağı səmtindədir. O biri müdavimləri görmək ehtimalım yox idi. Mənə telefonla ətrafda komandirin olub-olmadığını soruşdular. Girişə doğru getdim. Bir qaraltı gördüm, sonra geri qayıtdım və qapını bağlayaraq yatdım. Səhər oyananda başqa bir azərbaycanlı - Əmrah Əmirov adlı yoldaşım gəldi. O da qonaq evində qalırmış. Birlikdə əşyalarımızı toplayıb bayıra çıxdıq. Girişdə polislər vardı. Bizi çağırdılar. Hadisələrdə iştirak edib-etmədiyimizi soruşdular. «Heç bir məlumatımız yoxdur» desək də, bizi apardılar».

DƏLİL OLMADIĞNDAN BURAXILIB

Azərbaycanlı Nazim Məmmədov həbsinə yetərli dəlil olmadığına görə buraxılıb.

Çevriliş cəhdindən sonra 13 mindən çox insan saxlanıb. Onlardan 6 mininə rəsmi ittiham irəli sürülüb.

İyulun 15-də - çevrilişə cəhddən sonra Türkiyədə123 general daxil, 6 min hərbçi tutulub. Onların çoxu sıravi əsgər və gizirlərdir.

Əməlində cinayət tərkibi olmadığına görə, indiyədək 1200 sıravi əsgər sərbəst buraxılıb. Araşdırmalar davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG