Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

Yunanıstan Türkiyə gəmisinə atəş açıb


Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanın Egey dənizində Türkiyə gəmisinə atəş açmasını qətiyyətlə pisləyib.

Bu insident nəticəsində itki olmasa da, gəmi kapitanı gəminin gövdəsində 16 dəliyin açıldığını bildirib.

M/V ACT adlı gəmi Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığındakı İskenderun limanından çıxmışdı və qərbdəki İzmit körfəzinə tərəf üzürdü.

Yunanıstanın sahil keşikçiləri iddia edirlər ki, məhz bu zaman Türkiyə gəmisi Rodos adası yaxınlığında Yunanıstanın dəniz sərhədini pozub.

Yunanıstan tərəfi bildirir ki, gəmiyə xəbərdarlıq atəşləri açılsa da o kursunu dəyişməyib.

Yük gəmisinin kapitanı Haluk Sami Kalkavan Türkiyə mediasına deyib ki, o Yunanıstan tərəfinin Rodos portuna yan almaq əmrinə tabe olmayıb. Rodos adası Türkiyə sərhədinin 15 kilometrliyində yerləşir. Yunanıstan tərəfi gəminin yükünü təftiş etmək niyyətində olduğunu bildirmişdi.

Türkiyənin Anadolu dövlət xəbər agentliyi bildirir ki, Türkiyə öz gəmisinin müşayiət olunması üçün iki sahil və bir döyüş kateri göndərib. Katerlər gəmini Türkiyənin ərazi sularına qaytarıb.

Gəminin gövdəsində açılan dəliklər qəzaya səbəb olmayıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirir ki, yük gəmisi kommersiya daşıması yerinə yetirirdi və silahsız idi.

Hər ikisi NATO üzvü olan Türkiyə və Yunanıstan arasında çoxlu mabahisəli dəniz əraziləri var.

1996-cı ildə iki ölkə arasında, yunanalrın İmia, türklərin isə Kadak adlandırdıqları kiçik adalara görə az qala müharibə başlana bilərdi.

Reuters agentliyi bildirir ki, ötən ilin iyulunda Türkiyədə baş vermiş çevriliş cəhdinin ardınca Türkiyənin bir çox hərbçiləri Yunanıstana qaçıb və bu da iki ölkə arasındakı gərginliyi daha da artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG