Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:09

ABŞ kürd qüvvələri üzərinə Türkiyənin zərbələrindən 'narahatdır'


ABŞ zabitlərindən biri (sağdan ikinci) Türkiyənin hava zərbəsinə məruz qalmış əraziyə baş çəkən kürd komandirləri müşayiət edir

ABŞ Dövlət Departamenti Suriyanın və İraqın şimalındakı kürd qüvvələrinə Türkiyənin hava zərbələri ilə bağlı “dərin narahatlığını” bildirib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, bu zərbələr İslam Dövləti adlanan təşkilata qarşı döyüşən ABŞ koalisiyası ilə razılaşdırılmayıb.

Bəyanatda deyilir ki, bu barədə aprelin 25-də Türkiyə hökumətinə birbaşa bildiriş verilib.

Bu zərbələrdən sonra İraq kürdlərinin yerli hökuməti Kürdüstan İşçi Partiyası – PKK döyüşçülərinin İraqın şimalındakı Sincar regionundan çıxmasını tələb edib.

Türkiyə tərəfi, İraqın şimalındakı Sincar regionunda və Suriyanın şimal-şərqində kürd döyüşçülərı havadan bombardman etdiyini təsdiqləyib.

Türkiyə hərbiyyəsinin bəyanatında deyilir ki, Sincar rayonunda PKK döyüşçülərinin mövqelərinə zərbələr, onların Türkiyə daxilinə silah və partladıcılar göndərməsinin qarşısının alınması üçün endirilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan aprelin 25-də bəyan edib ki, Ankara Sincar rayonunun PKK üçün bazaya çevrilməsinə yol verməyəcək.

Lakin ABŞ Dövlət Departamentinin 25 aprel tarixli bəyanatında deyilir ki, Türkiyənin hava zərbələri nəticəsində kürd peşmərgə döyüşçüləri həlak olublar. Vaşinqton bu qüvvələri ABŞ anti-İŞİD koalsiyasının əsas müttəfiqi hesab edir.

Kürdlərin ali komandirlərindən general Seme Bosalı Sincara endirilmiş hava zərbələri nəticəsində 5 peşmərgənin həlak olduğunu bildirib.

PKK 2014-cü ildə Sincar dağında İŞİD-in mühasirəsinə düşmüş on minlərlə yezidini xilas etdikdən sonra bu regionu tərk etməyib.

Türkiyə İraqın şimalındakı PKK qüvvələrinə vaxtaşırı zərbələrə endirir, lakin aprelin 25-də Ankara ilk dəfə olaraq Sincar rayonunu vurub.

Habelə Türkiyənin hava zərbələri Surtiyanın şimal-şərqindəki kürd xalq müdafiə dəstələri – YPG qrupunun döyüşçülərini hədəfləyib.

Bu qrup ABŞ-ın Suriyadakı əsas müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ) korpusuna daxildir və onun döyüşçüləri İŞİD-in de facto paytaxtı Raqqaya yaxınlaşmaqda davam edirlər.

YPG-nin bəyanatında deyilir ki, onun Karaçok dağındakı qərargahı Türkiyənin hava zərbələrinə hədəf olub.

YPG sözçüsü Redur Xelil deyib ki, bu zərbələr nəticəsində kürdlərin 20 döyüşçüsü həlak olub və daha 18 nəfər yaralanıb.

Reuters xəbər verir ki, aprelin 25-də zərbəyə məruz qalmış əraziyə baş çəkən YPG komandanlarını ABŞ hərbi zabitləri şəxsən müşayiət ediblər.

Agentlik bildirir ki, Vaşinqton bununla da YPG döyüşçüləri ilə müttəfiqliyinin möhkəm olduğuna dair mesaj vermiş olub.

SDQ-nin siyasi qanadına daxil kürd siyasətçilərdən İlham Ahmed Reuters agentliyinə deyib ki, kürdlər Türkiyə zərbələrindən mühafizə olunmaq üçün Vaşiqntona birbaşa müraciət etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG