Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:24

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb


Rusiyanın Be-200 amfibiya təyyarəsi
Rusiyanın Be-200 amfibiya təyyarəsi

Türkiyənin cənubunda Rusiya müdafiə nazirliyinə məxsus "Be-200" amfibiya yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Verilən ilkin məlumata görə, 5 Rusiya hərbçisi olmaqla təyyarənin göyərtəsində 8 nəfər olub. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir.

Amfibiya təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı İdarəsinin balansında olub. Anadolu agentliyi xəbər verir ki, təyyarə ölkənin cənubundakı Almalı bölgəsində baş verən yanğının söndürülməsində iştirak edib. Qəza bölgəsinə xilasetmə qrupları göndərilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Nazirlikdən verilən məlumata görə, qəza yerinə Rusiya Müdafiə Nazirliyindən bir komissiya göndərilib. Sovet pilotu Aleksandr Mamkinin adını daşıyan təyyarə ilk uçuşunu 2020 -ci ilin fevralında edib.

Videogörüntülərə görə, bildirilir ki, təyyarə yanğın olan ərziyə su səpdikdən sonra dağa çırpılıb.

Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin alınan məlumata görə, Taqanroq Aviasiya Zavodunda 2018-ci ilin dekabrından bəri istehsal edilən ilk Be-200 və Taqanroqda istehsal edilən bu tip yeddinci seriyalı təyyarə olub.

Təyyarə Türkiyəyə göndərilənə qədər Krasnodar Bölgəsindəki Krımsk şəhərinin hava limanında olub. İyulun əvvəlində isə Türkiyəyə göndərilib.

XS
SM
MD
LG