Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:04

Yanğınlar Türkiyənin turizm sektoruna daha bir zərbə vurub


Türkiyədə meşə yanğınları 2021
Türkiyədə meşə yanğınları 2021

Son günlər yanğın nəticəsində azı 8 nəfərin öldüyü, 240-dan çox adamın xəsarət aldığı bildirilir.Müxalifət hakimiyyəti yanğınla effektli mübarizə apara bilməməkdə günahlandırır.

Türkiyənin kurort bölgəsi olan Mərmərədə yanğınlar tüğyan edir.Reütersin avqustun 2-də verdiyi məlumata görə, yanğınsöndürənlər, artıq 6-cı gündür ki, bölgədə davam edən yanğınları nəzarətə almağa çalışırlar.

Reütersin məlumatına görə, Alovla mübarizəyə xeyli maşın, təyyarə və helikopter cəlb edilib.

Güclü quraqlıq və külək alovla mübarizəni çətinləşdirir. Hazırda bölgədə 40 dərəcə isti müşahidə olunur.

Kənd təsərrüfatı naziri Bekir Pakdemirlinin sözlərinə görə, alovla mübarizədə azı 7 yanğınsöndürən maşın yanıb.

Son günlər yanğın nəticəsində azı 8 nəfərin öldüyü, 240-dan çox adamın xəsarət aldığı bildirilir.

Müxalifət hakimiyyəti yanğınla effektli mübarizə apara bilməməkdə günahlandırır.Ana müxalifət hesab olunan Cümhuriyyət Xalq Partiyası-nın (CHP) nümayəndəsi Enqin Özkoç kənd təsərrüfatı naziri Bekir Pakdemirlini istefa verməyə çağırıb.

Amma prezident Racep Tayyip Erdoganın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Fahrettin Altun tənqidləri rədd edib. O, həmçinin sosial şəbəkələrdə xarici yardımlara çağırış kampaniyasını tənqid edib və Türkiyənin özünün güclü olduğunu vurğulayıb. O özünün Tvitter səhifəsində bütün zərərin bərpa olunacağını və əhaliyə kompensasiya ödəniləcəyini yazıb.

Onun sözlərinə görə, 35 əyalətdə peyda olan 129 yanğndan 122-si lokallaşdırılıb.

Antalyada yanğınlar tüğyan edir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Avropa Birliyi də Türkiyəyə yardım göndərib.

Avropa Birliyi alovla mübarizə üçün Türkiyəyə 3 təyyarə göndərib.

Xorvatiya və İspaniyadan göndərilən təyyarələr artıq Azərbaycan, Rusiya, İran və Ukraynadan olan komandaya qoşulublar.

Təbii fəlakət zonalarından minlərlə insan çıxarılıb.

Meşə yanğınları Covid-19 virusundan sonra Türkiyənin turizm sektoruna daha bir zərbə vurub, bir sıra turistlər təhlükəyə görə, dincəldikləri hotelləri tərk etməli olublar.

Cənubi Egey Otellər Assosasiyasının rəhbəri Bülent Bülbüloglu təkcə Bodrum və Marmarisdəki bronların 10 faizinin ləğv edildiyini bildirir.

Ötən həftədən başlayan yanğınlarda onlarla ev və tikili, həmçinin iri və xırda buynuzlu mal-qara məhv olub, həyatyanı və əkin sahələrinə ciddi ziyan dəyib.

XS
SM
MD
LG