Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Türkiyədə daşqınlarda ölənlərin sayı 27-yə çatır


Türkiyədə daşqın
Türkiyədə daşqın

Türkiyənin Qara Dəniz regionunda daşqınlarda 27 nəfər həlak olub. Daşqınlar ölkənin şimal vilayətlərində qarışıqlığa səbəb olub. Hakim orqanlar elə təzəlikcə iki həftədir davam edən meşə yanğınlarının nəzarətə alındığını deyirdilər.

Kastamonu vilayətində 25, Sinopda isə 2 nəfər həlak olub.

Bartində itkin düşən bir nəfərin axtarışı davam edir.

Minlərlə hektar meşəni əhatələyən yanğınlarda isə səkkiz nəfər həlak olmuşdu. Üstəlik, ziyan görmüş ərazilərdən 1700-dən çox insan köçürülüb.

***

Reüters və digər xəbər agentliklərinin məlumatına görə, xilasedici qüvvələr təbii fəlakət zonasından əhalini evakuasiya edir.

Avqustun 12-də Qara dənizin sahillərində yerləşən Kastamonu şəhərini sel basıb, körpülər və yollar dağılıb.

Həmçinin Sinop və Bartın əyalətlərində daşıqn ciddi fəsadlar törədib.

Təbii fəlakət zonalarından 900-dən çox adam çıxarılıb.

Fövqəladə Hallar Xidməti-nin məlumatına görə evakuasiya edilmiş sakinlər tələbə şəhərciklərində yerləşdiriliblər.

Daşqın nəticəsində həmçinin elektrik şəbəkəsinə ciddi ziyan dəyib, 170-dən çox kənd işıqsız qalıb.

Yollar və körpülər dağıldığından, xeyli yaşayış məntəqəsi ətraf mühitdən təcrid vəziyyətə düşüb, həyatyanı sahələr və şəxsi avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, bundan bir qədər əvvəl də Türkiyənin Qara Dəniz sahilləri boyunca yerləşən bölgələrində daşıqn və sürüşmələr ciddi fəsadlar törətmişdi.

Türkiyə hakimiyyəti hazırda ölkənin şimalında daşqınlar, cənub sahillərində isə meşə yanğınları ilə mübarizə aparır.

Marmarisdə yanğınla mübarizə
Marmarisdə yanğınla mübarizə

İki həftə bundan əvvəl Antaliya, Muğla və ölkənin digər kurort bölgələrində başlayan yanğınların əksəriyyəti lokallaşdırılsa da hələ ki, hamısını tam nəzarətə götürmək mümkün olmayıb.

Ölkənin cənub sahillərində də yanğına görə yüzlərlə insan evakuasiya olunub, xeyli ev, yaşayış binaları və digər tikililər məhv olub.

Türkiyə hakimiyyəti dəymiş ziyana görə əhaliyə kompensasiya ödəniləcəyini vəd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG