Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:13

Erdoğan Türkiyənin Krımın ilhaqını ‘heç vaxt tanımayacağını’ dedi


Ukrayna prezidenti Poroşenko və Türkiyə lideri Erdoğan oktyabrın 9-da Kiyevdə görüşüblər

Kiyevə səfəri zamanı Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, onun ölkəsi Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkldə davam edəcək.

Türkiyə prezidenti oktyabrın 9-da Ukrayna prezidenti Petro Poroşenko ilə birgə keçirilən mətbuat konfransında deyib ki, “biz Krımın Rusiya tərəfindən ilhaqını tanımamışıq və heç vaxt da tanımayacağıq”.

Erdoğan habelə bildirib ki, Ankara türkdilli Krım tatarlarının vəziyyətinin monitorinqini davam etdirəcək. O ukraynalı həmkarına Krım tatarlarının hüquqlarının müdafiəsinə görə təşəkkürünü bildirib.

Petro Poroşenko mətbuat konfransından sonra Tvitterdə yazıb: "Bu gün biz Krımdakı Ukrayna vətəndaşlarının haqq və azadlıqlarının bütün beynəlxalq mexanizmlərdə müdafiə olunmasının davam etdirilməsinə dair razılaşma əldə etmişik”.

Erdoğan bildirib ki, tərəflər, aralarındakı ikitərəfli ticarətin həcmini ildə 3, 8 milyard dollardan 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ukrayna prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanla danışıqlar aparıb.

İki prezident oktyabrın 9-da Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının iclasında iştirak etməli idilər.

Erdoğanın mətbuat xidməti bidlriib ki, Türkiyə prezidenti həmçinin Ukrayna parlamentinin spikeri Andriy Parubiy və baş nazir Volodimir Hroysmanla görüşməlidir.

Mətbuat xidməti bunu da bildirib ki, Erdoğanın bir günlük səfəri zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunur.

İki prezident qarşılıqlı münasibətlərə dair bir sıra sənədləri imzalyıblar.

Erdoğanın mətbuat xidməti bildirib ki, müzakirə olunan məsələlərin arasında “Krım və Krım tatarlarına dair fikir mübadiləsi” də var.

Rusiya Ukrayna ərazisi Krımı 2014-cü ilin martında qanunsuz ilhaq edib və Ukraynanın şərqindəki separatçılara canlı qüvvə və hərbi texnika ilə dəstək verib.

İnsan haqları qrupları və Qərb hökumətləri habelə Rusiyanın ilhaqından sonra yarımadadakı türkdilli Krım tatarlarının sistemli şəkildə təqib edilməsini pisləyirlər.

Poroşenko ilə ötən ay BMT Baş Assambleyasında görüşərkən Erdoğan Ankaranın Ukraynanaın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini demişdi.

Krım tatarlarının özüniidarə orqanı olan Məclisin sədri Refat Çubarov oktyabrın 9-da AzadlılqRadiosuna deyib ki, Türkiyənin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləməməsinin bir səbəbi də Qərbin Türkiyənin ittifaqa üzvlüyünə mane olmasıdır.

Çubarov deyib: "Türkiyə Rusiyanın Krımdakı hərəkətlərinə qarşıdır...Lakin məncə məsələ onunla bağlıdır ki, Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmaq istəyir. Lakin Avropa bu istəyi rədd etmək üçün həmişə bəhanələr tapıb. İndi isə Türkiyə bu hərəkətə reaksiya verir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG