Türkiyə 2023-cü ilin fevralından iyulunadək Ukraynanın Moskva tərəfindən işğal olunmuş Donetsk və Luhansk vilayətlərindən 160 min tonadək kömür idxal edib.
Reuters xatırladır ki, Ankara xarici bazarda bu yanacaq növünün ən böyük alıcısıdır və istifadə etdiyi kömürün 95 faizinə qədərini xaricdən idxal edir.
Agentlik ticarət statistikasını təhlil edərək Türkiyə bazarında Ukraynanın işğal olunmuş bu ərazilərindən ən azı 10 rusiyalı təchizatçı aşkar edib.
Bu da xəbər verilir ki, kömürün bir hissəsi Rostov-Don və Novorossiysk limanlarından göndərilib.
Bu Qara dəniz və Azov limanlarının Donetsk və Luhanskla dəmir yolu bağlantısı var.
Reuters yazır ki, bu təchizatda alıcı qismində Honq-Konqda, Birləşmiş Ərəb Əmirliklərində və Britaniyanın Virgin adaları da dail başqa ofşorlarda qeydiyyatdan keçmiş şirkətlər çıxış edirlər.
Türkiyə işğal ərazilərindən taxıl da alıb
Jurnalistlər bu alıcılarla əlaqə yaradaraq bu şirkətlərin arxasında kimlərin durduğunu aşkar edə bilməyiblər.
Sənədlərə əsasən Honqkonqdakı binalardan birində idxal həcmlərinə görə ikinci böyük alıcı yerləşir.
Bu şirkət haqqında heç bir məlumat yoxdur.
Türkiyə ABŞ və Avropa İttifaqından fərqli olaraq işğal olunmuş Ukrayna əraziləri ilə ticarətə heç bir məhdudiyyət qoymayıb.
Bundan əvvəl aparılmış jurnalist təhqiqatları Türkiyə şirkətlərinin Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrindən taxıl idxal etdiyini üzə çıxarmışdı.
Reuters yazır ki, Ukrayna, Türkiyə və Rusiya məmurları bu məlumatları şərh etməkdən imtina ediblər.
Agentliyin hesablamalarına görə Türkiyə Ukraynadan ixrac olunan kömür təchizatına görə 14.3 milyard dollar ödəyib.
Bu, Rusiyadan Türkiyəyə idxal olunan kömürün yalnız 1 faizindən də azdır.