Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:41

Qara dənizdən daha üç ukraynalının meyiti tapılıb (VIDEO)


Volgo Balt 214 adlı gəminin heyətinə 11 ukraynalı və 2 azərbaycanlı daxil idi.
Volgo Balt 214 adlı gəminin heyətinə 11 ukraynalı və 2 azərbaycanlı daxil idi.

Türkiyə xilasediciləri bidliriblər ki, yanvarın 7-də ölkə sahillərində batmış yük gəmisinin daha üç ukraynalı heyət üzvünün meyitləri tapılıb.

Ukraynanın Türkiyədəki səfiri Andriy Sybiha yanvarın 8-də Twitter-də yazıb ki, Ukrayna vətəndaşlarından ikisinin cəsədi Ukraynanın Türkiyədəki konsulunun iştirakilə identifikasiya ediləcək.

Bundan əvvəl, yanvarın 8-də səhər Sybiha Twitter-də yazırdı ki, insident zamanı həlak olmuş daha bir ukraynalının meyiti aşkar olunub.

***

Yanvarın 7-də xəbər verilmişdi ki, Türkiyənin Qara dəniz sahilində batan yük gəmisində 4 Ukrayna vətəndaşı həlak olub. Bu barədə məlumatı Ukraynanın Ankaradakı səfiri verib.

Türkiyə sahil keşikçilərinin xəbərinə görə Panama bayrağı altında üzən gəmi fəlakət siqnalını yanvarın 7-də Türkiyənin Samsun vilayətinin 150 kilometrliyindən göndərmişdi.

Samsun valisi Osman Kaymakın verdiyi məlumata görə Volgo Balt 214 adlı gəminin heyətinə 11 ukraynalı və 2 azərbaycanlı daxil idi.

Kaymak bildirib ki, qəza nəticəsində 6 heyət üzvü həlak olub, 7 nəfər xilas edilib.

Ukrayna səfiri Andriy Sybiha gəmidə 11 Ukrayna vətəndaşının olduğunu və onlardan dördünün öldüyünü təsdiqləyib.

Həlak olanlardan ikisinin milliyyəti məlum deyil.

Türkiyə valisi sağ qalanlardan birinin sözlərinə istinadən bildirib ki, qəza güclü dalğanın gəmi gövdəsini ikiyə parçalaması ilə görə baş verib.

Türkiyə sahil keşiyi xidməti bildirib ki, axtarış-xilasetmə əməliyyatında bir təyyarə, üç helicopter və iki gəmi iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG