Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 09:25

Türkiyədə tibb işçiləri tətil edir


Ankarada tibb bacısı
Ankarada tibb bacısı

Onlar səhiyyə sahəsində maaş və pensiyaları əhatələyən qanunvericiliyə etiraz edirlər

Türkiyədə 250 mindən çox tibb işçisini təmsil edən iki həmkarlar birliyi bu həftə məhdud tətillər keçirəcəyini açıqlayıb. Onlar səhiyyə sahəsində maaş və pensiyaları əhatələyən qanunvericiliyə etiraz edirlər. Xəbəri “Reuters” yayıb.

Ölkədə lirə dollara qarşı rekord səviyyədə ucuzlaşdığı bir vaxtda iqtisadi qeyri-müəyyənlik artır.

20 minədək üzvü olan Tibb və Sosial Xidmət İşçiləri Birliyi (SES) bazar günü bəyan edib ki, bu gündən (dekabrın 6-dan) “işə fasilə verərək” COVID-19 pandemiyası dövründə uzun iş saatlarına, maaşın azlığına, işçi çatışmazlığına və yorucu iş şəraitinə etiraz edəcəklər.

Yalnız həkimlərin maaşı artacaq

Agentlik Səhiyyə Nazirliyindən açıqlama ala bilməyib.

250 minədək üzvü olan Tibbi xidmət və Sosial İşçilər Birliyi isə çərşənbə axşamı və cümə axşamı günləri ümummilli tətillər keçirəcəyini bəyan edib.

Qurum ötən həftə qəbul edilmiş qanunvericiliyin yalnız həkimlər üçün maaş və pensiya artımı nəzərdə tutduğunu bildirib.

Birliyin sədri Semih Durmuş qanunun digər tibb işçilərinə qarşı “ayrıseçkilik” yaratdığını deyərək, maaşları artırmağa çağırıb.

Sentyabrdan Türkiyədə faiz dərəcələrinin bir neçə dəfə azaldılması son həftələr lirənin 27 faiz dəyər itirməsinə səbəb olub. İnflyasiya 21 faizi keçərək türklərin büdcələrinə ciddi təsir göstərir.

Hazırda Türkiyədə COVID-19-a günə ortalama 20 minədək yoluxma aşkarlanır.

XS
SM
MD
LG