Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:58

Ata: 'Partlayış xəbərini eşidəndən telefonlarımıza cavab vermədi...'


19 yaşlı Berkay Akbaş dekabrın 10-da İstanbulda qanlı terrorda həyatını itirən 44 nəfərdən biridir.
19 yaşlı Berkay Akbaş dekabrın 10-da İstanbulda qanlı terrorda həyatını itirən 44 nəfərdən biridir.

19 yaşlı Berkay Akbaş dekabrın 10-da İstanbulda qanlı terrorda həyatını itirən 44 nəfərdən biridir. Berkay Ankarada Başkent Universitetinin tibb fakültəsində, ikinci kursda oxuyurdu.

Atası Salim Akbaş AzadlıqRadiosu-na danışır ki, oğlu imtahanlarını verəndən sonra dostlarıyla İstanbula gəzməyə gəlibmiş. Beşiktaşda dəhşətli partlayış baş verəndə yoldan keçirmiş:

“İmtahandan sonra 8 yoldaşıyla birlikdə İstanbula gəzməyə gedib. Getdiklərindən 24 saat sonra bu partlayış olub. Mən Sinopdaydım. Televizorda partlayış xəbərini eşidəndən sonra telefonlarımıza cavab vermədi. Cavab verməyəndə hadisə yerində olacağını düşündüm. İstanbula getdik, artıq oğlum vəfat etmişdi. Oğlum humanist bir gənc idi. Nə qədər yaxşı xüsusiyyətlə varsa, onlar Berkayda vardı..."

Salim Akbaş: '8 yoldaşıyla birlikdə İstanbula gəzməyə getmişdi...'
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Buna da bax:​ 'İstanbul gecə cəhənnəmi xatırladırdı'

19 yaşlı gənc dekabrın 13-də Sinopda dəfn edilib.

Üstündən 3 gün keçsə də, Türkiyə həmin axşamın dəhşəti ilə yaşayır. Xəstəxanalarda yüzdən artıq yaralı var.

Məqsəd Türkiyəni bölmək, zəiflətməkdir

Giresun Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimi, dosent Yalçın Sarıkaya deyir ki, Türkiyədə son terror hadisələri PKK terror təşkilatının fəaliyyətinin və Türkiyənin Suriyayla bağlı siyasətinin, özəlliklə, ordunun “Fərat Qalxanı” hərəkatından sonra artıb:

“Bu terror aktlarının məqsədi Türkiyəni bölmək, zəiflətmək, terror təşkilatı PKK-nın elan etdiyi müstəqil Kürdüstan hədəfinin gerçəkləşdirmək, Türkiyənin Suriyadan qaynaqlanan sıxıntılarını daha da artırmaq, "Fərat Qalxanı" hərəkatını uğursuzluğa düçar etməkdir. Çünki "Fərat Qalxanı" hərəkatı ilə Türkiyə “İslam Dövləti” qruplaşmasıyla (İŞİD) böyük bir mübarizəyə başladı. Həm regional, həm də bölgədən kənar dövlətlərin heç birinin nail olmadığı böyük sayda terrorçunu məhv elədi. Önəmli bir ərazini Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə aldı. Bu, ümumilikdə 5 min kilometr ərazini nəzarətinə almaq məqsədilə başlayan hərəkatdır. İndiyə qədər türk hərbçiləri artıq 2 min kilometrədək ərazidə yerləşib. Suriyanın şimalında “Fərat Qalxanı” hərəkatının irəliləyişi İŞİD-lə bərabər Türkiyəyə təhdid olan PKK-nın Suriya qolu PYD-də də narahatlıq yaradıb”.

Yalçın Sarıkaya: 'Bu terrorun məqsədi PKK-nın elan etdiyi müstəqil Kürdüstan hədəfini gerçəkləşdirməkdir'
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Buna da bax:​ İstanbulda partlayışa görə 13 nəfəri tutublar

Ekspert deyir ki, elə bu narahatlığa görə PKK-nın alt qrupu olan TAK qruplaşması (Kürdüstan Azadlıq Şahinləri) İstanbulda qanlı terror gerçəkləşdirdi.

Hədəf təhlükəsizlik qüvvələridir

Beynəlxalq təhlükəsizlik üzrə ekspert, professor Mithat Çelikpala isə AzadlıqRadiosu-na müsahibəsində son terror aktlarında hədəfin təhlükəsizlik qüvvələrinin olmasına diqqət çəkir. Məqsədin təhlükəsizlik qüvvələrini zəiflətmək, cəmiyyətin üstünə terror basqısı yaratmaq olduğunu deyir. Ekspert bildirir ki, son bir ildə dəfələrlə Ankara və İstanbul kimi böyük şəhərlərdə törədilən terror aktları ölkəiçi gərginliyi artırsa da, türk xalqının həmrəyliyini yüksəldib. Amma ölkə iqtisadiyyatına da mənfi təsir göstərir:

“Baş verənlər İstanbulun, bütövlükdə Türkiyənin turizminə mənfi təsir edir. Tələbələrdən tutmuş, beynəlxalq toplantıların keçirilməsinə qədər əcnəbilərin Türkiyəyə gəlməsinə təsir göstərir. Terror təşkilatları Türkiyənin dinamik, inkişaf etməyə çalışan ölkə profilini dəyişməyə çalışır. İkincisi, Türkiyə hazırda Konstitusiyaya dəyişikliklə birlikdə sistem dəyişikliyinə getmə mərhələsindədir. Bunun gerçəkləşməməsi yönündə də basqı yaratmağa çalışırlar. Çünki terror artdıqca Türkiyə daha çox təhlükəsizliklə bağlı düşünməyə başlayır. Bu durumdasa insan haqları, sosial haqlar yönündə məhdudlaşmalar başlayır”.

Buna da bax:​ NATO-nun baş katibi: 'Müttəfiqimiz olan Türkiyənin yanındayıq...'

Mithat Çelikpala: 'Baş verənlər İstanbulun, bütövlükdə Türkiyənin turizminə mənfi təsir edir'
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Mithat Çelikpala deyir ki, hazırda Türkiyə terrorla yetərincə mübarizə aparsa da, təhlükəsizliklə bağlı bəzi problemlər də üzə çıxır. Çünki son terror aktları dövlət idarələrinə yaxın ərazilərdə baş verir.

İstanbuldakı son terror aktından sonra prezident Recep Tayyip Erdoğan deyib ki, "Türkiyə nə zaman gələcəklə bağlı önəmli bir addım atsa, buna terror qruplarının əliylə qan, can, vəhşət və xaos cavabı gəlir".

“Türkiyəyə rahatlıq gərəkdir”

Mithat Çelikpalanın fikrincə, bu, daha çox ölkə daxilindəki birlik ruhunu artırmaqdan ötrü deyilmiş fikirdir. Belə ki, prezidentin gözündə Türkiyə çevriliş cəhdi mərhələsindən uğurla çıxıb və bu fikri də daha çox cəmiyyətin həmrəylik ruhunu artırmaq və rahatlatmaq üçün söyləyib.

Buna da bax:​ Azərbaycan XİN İstanbuldakı terroru pisləyir

Ekspertin sözlərincə, indi Türkiyəyə rahatlıq gərəkdir:

"Türkiyə iqtisadiyyatı özünü toparlama potensialına sahibdir. Ancaq siyasi cəhətdən ölkənin rahatlaması lazımdır. İyulun 15-də dövlət çevrilişi cəhdinin yaratdığı mənfi hava da yatmalıdır ki, ortalıq rahatlaya bilsin".

Türkiyə təhlükəsizlik qüvvələrinin məlumatına görə, son bir il yarımda ölkədə 31 terror aktı törədilib. Həmin terror aktlarında dinc sakinlər, hərbçilər və polislər hədəfə alınıb. İstanbul və paytaxt Ankara da daxil olmaqla, ölkənin müxtəlif yerlərində terror hadisələrində 446 adam ölüb. Onlardan 363-ü dinc sakinlər olub. İki mindən artıq adam yaralanıb. Bu terror hadisələri canlı bomba və bomba yüklənmiş avtomaşınların partlaması nəticəsində baş verib. Siyahıya ən son əlavə olunan dekabrın 10-da 44 nəfərin ölümü ilə sonuclanmış terror aktıdır.

Buna da bax:

Türkiyədə partlayış 38 ölü, 155 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG