Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

Zəlzələ zonasında ölü sayı 12 minə çatıb (Video)


Hatayda dağıntılar
Hatayda dağıntılar

Erdoğan tənqidləri rədd edir

Fevralın 8-də Türkiyənin Hatay vilayətində çıxış edən prezident Recep Tayyip Ərdoğan deyib ki, zəlzələdə ölənlərin sayı 9057 nəfərə çatıb.

Suriyanın şimal-qərbində qiyamçıların nəzarətində olan ərazidəki rəsmilər bildirirlər ki, ölü sayı 2662 nəfərə çatıb.

Beləliklə, iki ölkədə zəlzələdə ölənlərin sayı hazırda 11 min 719 nəfərdir.

Prezident habelə onun hökumətinin xilasetmə cəhdlərinin ləng və yetərsiz olduğunu deyənlərin tənqidlərini rədd edib:

“İndi birlik, həmrəylik zamanıdır. Mən belə zamanlarda siyasi maraqları üçün neqativ kampaniya aparan adamları başa düşmürəm”.

Ərdoğan əlavə edib ki, bu miqyasda təbii fəlakətə əvvəlcədən hazır olmaq mümkün deyildi.

Ərdoğan təbii fəlakət zonasına baş çəkdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Zəlzələ zonasında azı 9 min 500 nəfərin öldüyü təsdiqlənib.

Türkiyədə ölü sayı 7 min 100-ü keçib, 40 mindən çox yaralı var. Fəlakət və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsi (AFAD) iş başında olan xilasedici sayının 96 mini keçdiyini bildirib.

Qonşu Suriyada isə 2 min 470 nəfər ölüb.

+++

Fevralın 8-də zəlzələ zonasında xilasetmə işləri davam edib. Rəsmilər Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayının 8 min 700-ü keçdiyini deyirlər.

Şaxtalı hava və yüzlərlə afterşok xilasetmə əməliyyatları əngəlləyir.

Suriyanın Cindayris şəhərində dağıntılar altından yenicə doğulmuş, ölü anasına göbəkbağıyla bağlı qalmış körpə xilas edilib.

“Tozu təmizləyəndən sonra göbəkbağısı üstündə körpəni tapdıq, bağı kəsdik, əmioğlum onu xəstəxanaya apardı”, – qohum “AFP” agentliyinə danışıb.

Ən böyük ziyan Türkiyənin Qaziantep vilayətinə dəyib, yüzlərlə bina uçaraq yolları kəsib və xilasetmə əməliyyatlarını çətinləşdirir.

Ayaqqabı və isti geyimi olmayan evsizlər qarlı-şaxtalı havada küçədə qalıblar.

Hatay sakini: "Atamla anam dağıntıların altından kömək istəyirlər, heç nə edə bilmirəm"
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 8-də fəlakət zonasına getməlidir.

Suriyada isə 12 ildir gedən vətəndaş müharibəsi səhiyyə sistemi və infrastrukturu dağıtdığından xilasetmə işləri daha da çətinləşib.

Suriya Qırmızı Aypara cəmiyyəti xilasetmə işlərini asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyəti avtoritar prezident Bəşər əl-Əsəd hökumətinə sanksiyaları qaldırmağa çağırıb.

Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu 35 ölkədən briqadaların gəldiyini deyib.

Avropa İttifaqı 1200-dən çox xilasedici, o cümlədən iki tibb briqadası və 70-dən çox it göndərib.

+++

Türkiyə və Suriyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artır. Artıq Türkiyədə 5 min 900, Suriyada isə azı 2 min nəfərin öldüyü açıqlanıb.

Dünya Səhiyyə Təşkilatının (DST) rəsmiləri ölü sayının 20 minə çata biləcəyi haqda xəbərdarlıq edib.

DST-nin hesablamasının görə, təbii fəlakət zonasında 23 milyona yaxın əhali yaşayır.

Fövqəladə vəziyyət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənubunda 10 vilayəti təbii fəlakət zonası, onların hər birində isə üç aylıq fövqəladə vəziyyət elan edib. Ərdoğan deyib ki, bu tədbirlər xilasedicilərin ziyan görmüş kəndlərə yetişməsini, onlara maliyyə yardımı çatdırmasını asanlaşdıracaq.

Suriyada güclü təkanlarda minlərlə ev dağılıb, Dəməşq və Latakya daxil olmaqla onlarla şəhər ziyan görüb. Bir neçə il öncəyədək ağır döyüşlərin getdiyi Hələbdə vəziyyət xüsusilə ağırdır. UNESCO-nun Dünya İrsi siyahısında olan Hələb qalasına da ziyan dəyib.

Fevralın 6-da Türkiyə və Suriyada doqquz saatlıq fasilə ilə iki zəlzələ baş verib. 7.8 bal gücündə birinci zəlzələnin episentri Türkiyənin Qaziantep, 7.5 bal gücündə ikincisinin episentri isə Kahramanmaraş olub.

Birinci zəlzələdən sonra yüzlərlə titrəyiş qeydə alınıb. Ən böyüyü 6.7 bal gücündə olub.

“Zamana qarşı yarış vaxtıdır”

Türkiyədə 5 min 800-ə yaxıb bina dağılıb. Fəlakət zonalarına 28 min təhlükəsizlik əməkdaşı göndərilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib ki, fevralın 8-də hərəsi 80 nəfərdən ibarət iki xilasetmə komandası və 12 it Türkiyəyə çatacaq.

“Zamana qarşı yarış vaxtıdır. Hər keçən dəqiqə və saat salamat qalanların tapılma şanslarını azaldır”, – DST-nin Baş katibi Tedros Adhanom Gebreyesus deyib.

Ukrayna Türkiyəyə 87 nəfərlik axtarış-xilasetmə briqadası göndərəcəyini bildirib.

Ancaq hələlik, bəzi yerlərə xilasedicilərin gedib çıxmaması əhalinin qəzəbinə səbəb olub, sakinlər hakimiyyətin ləng və qeyri-adekvat reaksiya verdiyini deyirlər.

XS
SM
MD
LG