Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 16:44

Türkiyə Suriyada düşərgəni qoruyan kürd qüvvələrə zərbə endirib


Əl-Hol düşərgəsi
Əl-Hol düşərgəsi

Çərşənbə günü – noyabrın 23-də Türkiyə Suriyanın şimalında Əl-Hol saxlanma düşərgəsinə nəzarət edən kürd qüvvələrini hədəfə alıb. Düşərgədə 50 minədək insanın, o cümlədən şübhəli cihadçıların qohumlarının saxlandığı bildirilir. Məlumatı “AFP”yə verən kürd qüvvələr və müharibənin monitorinqi təşkilatı itki olmadığını bildirib.

Noyabrın 13-də İstanbulda altı nəfərin ölümünə səbəb olan intiharçı hücumundan sonra Ankara İraq və Suriyaya hava zərbələri endirməyə başlayıb.

“Türkiyə təyyarələri düşərgədəki (kürd) Asayiş təhlükəsizlik qüvvələrinə beş zərbə endirib”, – kürdlərin Suriya Demokratik Qüvvələrinin (SDF) sözçüsü Fərhad Şami söyləyib.

10 mindən çox əcnəbi

Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının iddiasına görə, zərbələr düşərgəni bayırdan qoruyan qüvvələri də hədəfə alıb, bu da “düşərgə sakinləri arasında çaxnaşma yaradıb”.

Əl-Holda onlarla ölkədən 10 mindən çox əcnəbi də saxlanır. Bu düşərgədə suriyalı köçkünlər, İraqdan qaçqınlar da qalır, köçkünlərin ən böyük düşərgəsi hesab olunur.

SDF cihadçıların qohumlarının düşərgədən qaça biləcəyi haqda xəbərdarlıq səsləndirib.

ABŞ koalisiyasının dəstəklədiyi kürd qüvvələri 2019-cu ildə “İslam Dövləti” silahlı qruplaşmasının döyüşçülərini Suriya ərazisindən çıxarıblar.

PKK-nın bazaları vurulur

Ankara ötən bazar günündən İraq və Suriyanın bəzi hissələrinə “Pəncə-Qılınc” Əməliyyatı çərçivəsində zərbələr endirir.

Noyabrın 23-də Ankara bildirib ki, Suriyayla sərhədini kürd qüvvələrindən qətiyyətlə qoruyacaq və “ən münasib vaxtda” quru əməliyyatı ilə təhdid edib.

Ankara həmçinin Kürd Fəhlə Partiyasının (PKK) ehtiyat bazalarını hədəfə alır. Avropa İttifaqı və ABŞ bu qrupu terrorçu sayır.

SDF-də üstünlük təşkil edən Suriyada Kürd Xalqının Müdafiə Brilikləri (YPG) də hədəfdədir.

Hər iki kürd qrupu İstanbuldakı hücuma görə məsuliyyət daşımadığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG