Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:41

Rusiya bir sıra Türkiyə məhsullarına qadağanı götürdü


Soğan
Soğan

Rusiya hökuməti Türkiyədən idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına qadağanı götürüb.

Bu barədə Ria Novosti martın 10-da Rusiyanın nazirlər kabinetinə istinadla məlumat yayıb.

Məlumata görə qələnfil, tər və ya qablaşdırılmış soğan, gül kələm, brokkolibir sıra məhsullara qadağa götürülüb.

Həmçinin hakimiyyət saqqız və dəniz duzuna embarqonu aradan qaldırıb.

Qeyd edək ki, Rusiya hakimiyyəti ötən ilin oktyabrında çəyrdəkli meyvələr və sitrus məhsullarına da

qadağanı aradan qaldırıb.

Amma dondurulmuş ət, toyuq və induşka ic-çalatı, tomat məhsulları, xiyar, kornişon, üzüm, alma, armud və çiyələk hələ də embarqo altındadır.

Qeyd edək ki, Rusiya Türkiyə məhsullarına qarşı bu embarqonu 2016-cı il yanvarın 1-dən tətbiq edib.

Buna səbəb Türkiyən 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurması oldu.

SU-24 təyyarəsinin vurulduğu an. 24 Noyabr. 2015
SU-24 təyyarəsinin vurulduğu an. 24 Noyabr. 2015

Bu insidentdən sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşdi və Rusiya iqtisadi sanksiyalarla yanaşı Türkiyə ilə bir sıra iri birgə layihələri də dayandırdı.

Türkiyə prezidenti Racep Tayyip Erdogan həmin insident vaxtı həlak olan pilotun ailəsindən üzr istədikdən sonra münasibətlər yenidən yaxşılaşmağa başladı.

Mənbə yazır ki, Rusiyanın baş naziri Dimitry Medvedev martın 9-da türkiyəli həmkarı Binali Yıldırımla sənaye və kənd təsərrüfatı bazarlarına qarşılıqlı çıxışı müzakirə edib.

Həmçinin prezident Racep Tayyip Erdoganın martın 10-da Moskvaya səfəri başlayıb.

Kremlin mətbuat katibi Dimitry Peskov bildirib ki, dövlət liderləri əsasən iqtisadi-ticarət əlaqələrini müzakirə edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG