Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:05

Türkiyənin əsas müxalifət partiyasının lideri dəyişdi


Türkiyədə əsas müxalifət partiyasında lider dəyişikliyi baş verib.

İki namizədin yarışdığı partiya qurultayında millət vəkili, 49 yaşlı Özgür Özel partiyanın yeni lideri seçilib.

Dünən, noyabrın 5-də Türkiyənin paytaxtı Ankarada keçirilən partiya qurultayında CHP ( Cümhuriyyət Xalq Partiyası) millət vəkili Özgür Özel seçkinin ikinci turunda partiyanın hazırkı sədri Kamal Kılıçdaroğlunu məğlub edərək partiyanın yeni lideri seçilib.

Seçkilərin ikinci turunda Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.

Qeyd edək ki, 38-ci qurultayınl keçirən CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Özgür Özel bu partiyanın 8-ci sədri olacaq.

Azadlıq Radiosu xatırladır ki, 74 yaşlı Kamal Kılıçdaroğlu bu ilin may ayında keçirilən prezident sçekilərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəqibi olmuşdu. Mayın 28-də prezident seçkisinin ikinci turunda Ərdoğan 52 faizdən çox, rəqibi Kamal Kılıcdaroğlu isə 48 faizə yaxın səs yığmışdı.

XS
SM
MD
LG