Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Erdoğanın partiyası həlledici çoxluğa doğru gedir


Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri uzun müddətdir hakimiyyətdə olan Ədaləq və İnkişaf Partiyasının qələbəyə yaxın olduğunu göstərib.

Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri uzun müddətdir hakimiyyətdə olan Ədaləq və İnkişaf Partiyasının (AKP) qələbəyə yaxın olduğunu göstərib.

Bütün səslərin 75 faizinin hesablanmasından sonra AKP-nin səslərin 51 faizindən çoxuna sahibləndiyi bəlli olub.

AKP hələ seçkidən əvvəl özünün parlamentdəki həlledici mandat çoxluğunu bərpa edəcəyini vəd etmişdi.

Belə görünür ki, hakim partiya bu nəticə ilə həm də birpartiyalı hökumət qurmaq imkanını bərpa etmiş olacaq.

Kürdyönlü partiya məyusdur

Ötən seçkidə buna ciddi maneə törətmiş kürdyönlü Xalq Demokratik Partiyası – HDP ilkin nəticələrdən məyus olduğunu dilə gətirib, lakin əlavə edib ki, partiya 10 faizlik parlament həddini aşa biləcəyini düşünür.

Kürdyönlü HDP ilkin nəticələrdən məyusdur
Kürdyönlü HDP ilkin nəticələrdən məyusdur

Bu arada Türkiyənin ana müxalifət partiyası CHP bildirir ki, ilkin nəticələr yeni hökumətin koalisiya olacağına ümid vermir.

Seçkidən öncə keçirilmiş rəy sorğuları Erdoğan partiyasının səslərin 40 faizini toplayacağını proqnozlaşdırmışdı. Bu, parlamentdə mütləq çoxluğun bərpa olunmasına imkan vermirdi.

Bu, son beş ayda Türkiyədə keçirilən ikinci parlament seçkisidir. Səsvermə ölkənin ciddi daxili və xarici problemlərlə üzləşdiyi bir vaxta təsadüf edib.

Məqsəd Erdoğanı hakimi-mütləq etməkdir

Bundan əvvəl, iyunun 7-də keçirilmiş seçki nəticələri AKP-yə mütləq çoxluq verməmişdi. Partiyanın koalisya hökuməti yaratmaq cəhdləri də nəticəsiz qalmışdı. Hərçənd bir çox təhlilçilər AKP-nin koalsiya hökumətində maraqlı olmadığını bildirirdilər.

AKP mütləq mandat çoxluğuna parlamentdən bir sıra konstitusiya qanunlarının keçirilməsi üçün faydalanmağı planlaşdırır. Bunlardan biri də prezident Erdoğana daha çox səlahiyyətlərin verilməsidir.

Dünyəvi CHP-nin bu seçkidə ikinci böyük partiya olacağı gözlənilir.

Ölkə hazırda çox çətin siyasi durumdadır. Hökumət qüvvələri və Kürdüstan İşçi Partiyası – PKK arasında toqquşmalar davam edir. Eyni zamanda Türkiyə PKK-nın İraqdakı mövqelərinə raket zərbələri endirir.

Oktyabrın 10-da Ankarada keçirilən müxalifət yürüşündə törədilən iki intiharçı partlayışda 100-dək insan həlak olub.

Erdoğanın seçki taktikası

Erdoğan bidlirir ki, Suriya kəşfiyyatı, PKK və İslam Dövləti qruplaşması Türkiyə dövlətinə qarşı işbirliyi qurub.

Prezidentin opponentləri isə onu seçki qələbəsi qazanmaq naminə ölkədəki siyasi qarşıdurmanı qızışdırmaqda ittiham edirlər.

Beynəlxalq media xəbər veirir ki, Erdoğan opponentlərini sıxışdırmaq üçün müxalifətyönlü iki telekanalı bağlayıb.

Erdoğan isə israr edir ki, ölkənin birpartiyalı hökumətə qayıdışı sabitliyi təmin edəcək.

Öz növbəsində müxalifət Erdoğanı getdikcə daha çox avtoritarlaşmaqda günahlandırır.

Beynəlxalq media xəbər veirir ki, Erdoğan opponentlərini sıxışdırmaq üçün müxalifətyönlü iki telekanalı bağlayıb. Prezidentin müxalifət üzərinə hücumları Avropa rəsmiləri tərəfindən də pislənir.

Avropa Şurasının İnsan Haqları Komissarlığı bildidirib ki, hökumət seçkiöncəsi müddətdə müxalif səslərin susdurulması üçün yaxşı əlaqələndirilmiş kampaniya aparıb.

AKP və CHP-dən başqa yeni parlamentdə daha iki partiyanın – millətçi MHP və kürdyönlü HDP-nin mandat qazanacağı gözlənilir.

XS
SM
MD
LG