Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 23:31

Türkiyə S-400 raket sistemlərinin ikinci hissəsinin tədarükünün başa çatdığını bildirir


Türkiyədə hərbi hava limanı, 12 iyul 2019

Türkiyə, Rusiyanın S-400 zenit-raket sistemlərinin ikinci dəstəsinin bütün komponentlərini alıb.

Bu barədə məlumat Türkiyə Müdafiə nazirliyinin Tvitter səhifəsində paylaşılıb.

"S-400 uzun mənzilli Hava və Raketdən Müdafiə Sisteminin ikinci batareya materiallarının Ankara-ya verilməsi bu gün tamamlandı".

Turkish Defense Ministry's twitter page, 15 Sep2019
Turkish Defense Ministry's twitter page, 15 Sep2019

Hələki bu məlumatı Rusiya tərəfi təsdiqləməyib.

İki ölkə arasında imzalanan sənədlərə görə, Ankara Moskvadan 4 bölmə yenit-raket kompleksi alacaq. Rusiyadan alınan bu komlekslərin gələn ilin apreldən Türkiyə silahlı qüvvələrinin istifadəsinə veriləcəyi bildirilir.

Həmin müddətə qədər Rusiya yeni kompleksin istifadə qaydaları ilə bağlıTürkiyə hərbçilərinə təlimlər keçəcəyinə söz verib. S-400 raket-zenit sisteminin ilk daşınma mərhələsi bu ilin iyulunda başa çatıb. Raket detallarının Ankaraya çatdırılması isə avqustun 29-a qədər davam etdirilib.

Rusiya ilə hərbi əməkdaşlığa görə, Vaşinqton Ankaranı sanksiyalarla hədələyir. Bir müddət əvvəl isə ABŞ qırıcı-bombardmançı F-35 təyyarələrini Ankaraya göndərməkdən imtina edib. Türkiyə xarici işlər nazirliyi isə bəyanat verərək bildirib ki, bu (NATO) "ittifaq ruhuna uyğun deyil və bunun qanunu qüvvəsi yoxdur".

Günün bütün mövzuları

XS
SM
MD
LG