Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Türkiyədə Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı həbs olunub


Türkiyədə öldürülmüş Rusiya səfiri Andrey Karlovun adını daşıyan küçə
Türkiyədə öldürülmüş Rusiya səfiri Andrey Karlovun adını daşıyan küçə

Türkiyədə 2016-cı ilin dekabrında Rusiya səfirinin öldürüldüyü sərginin təşkilatçısı həbs edilib.

Rəsmi Anadolu agentliyinin dekabrın 28-də verdiyi xəbərdə deyilir ki, hakim, Mustafa Timur Özkanın qətldə bilərəkdən iştirak ittihamı ilə həbs olunmasına order verib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da paytaxt Ankarada təşkil edilmiş foto sərgisində çıxış edərkən güllələnərək öldürülüb.

Güllə atan şəxs hadisə zamanı “Hələbi unutmayın” deyə qışqırırdı. Belə başa düşmək olardı ki, o həmin vaxt Rusiyanın qonşu Suriyadakı münaqişəyə müdaxiləsi ilə bağlı etiraz edir.

Türkiyə hakimiyyət orqanları bildirmişdilər ki, 22 yaşlı qatil Mevlut Mert Altıntaş həmin vaxt xidmətdən kənarda olan polis əməkdaşıdır.

Son bir il ərzində Türkiyə hüquq-mühafizə orqanları bu qətllə bağlı olduğu düşünülən bir neçə nəfəri həbs edib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrında qətlə yetirilib
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrında qətlə yetirilib

Ankaranın Cankaya məhəlləsində Rusiya mənzərə fotoları sərgisinin təşkilatıçısı Özkan artıq bir dəfə bu ilin yanvarında həbs edilsə də, sonradan sərbəst buraxılmışdı.

Hakimiyyət orqanları Özkanın yenidən həbs edilməsinə səbəbin nə olduğunu bildirməyib.

Karlovun qətli artıq o vaxt yaxşılaşmağa başlayan Rusiya-Türkiyə münasibətlərinə çox az təsir etmişdi. Rusiya prezidenti Vladimir Putin və Erdoğan bu hadisəyə baxmayaraq iki ölkə arasında münasibətlərin inkişaf edəcəyi barədə vəd vermişdilər.

Rusiya və Türkiyə Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.

İki ölkə arasında münasibətlər 2015-ci ilin noyabrında Rusiyanın hərbi təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra bir müddət xeyli gərginləşmişdi.

XS
SM
MD
LG