Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

'Erdoğan-ın əvvəlki kimi bağırmasına meydan qalmadı'


Qabil Hüseynli

Aprelin 16-da cüzi fərqlə də olsa, Türkiyədə Konstitusiya dəyişikliklərinə «evet» deyildi. Bundan sonra Azərbaycana qonşu ölkədə nələr baş verəcək? Bu qələbə nələri ortaya çıxardı? AzadlıqRadiosunun suallarına politoloq Qabil Hüseynli cavab verir.

Qabil Hüseynli: «Erdoğan radikallaşıb neyləyəcək ki?»
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00

– Qabil bəy, Erdoğan çox az fərqlə «evet» ala bildi. Bu şəkildə qələbə nə dərəcədə gözlənilən idi?

– Mən bu nəticəni inamlı qələbə kimi dəyərləndirə bilmirəm. Çox cüzi fərqlə qələbənin qazanılması bütün cəmiyyətin əhval-ruhiyyəsini özündə ehtiva etmir. Üstəlik də, nəzərə alsaq ki, hakimiyyət partiyasının əlində çox böyük inzibati resurslar vardı, dini kəsim, demək olar, onun tərəfindəydi, üç partiya koalision şəkildə referenduma dəstək verdi, onların içində ən böyüyü Milliyyətçi Hərəkat Partiyasıydı ki, parlamentdə 40-dan çox deputatı var. Bütün bunlara baxmayaraq, referendumun nəticələri göstərdi ki, Türkiyə toplumu, Türkiyə insanı demokratiyaya meyllidir. Əksər böyük şəhərlərdə, məsələn, İstanbul, Ankara, İzmir, Adana, Diyarbəkirdə və başqa yerlərdə Konstitusiyanın yeni layihəsinə «Hayır» dedilər. Bütün bunlar göstərir ki, Konstitusiyanın yeni layihəsi qəbul edilsə də, gələcəkdə onun işləməsinə ciddi problemlər yarana bilər. Elə növbəti prezident seçkisinin özü çox çətin keçəcək. İndi layihə səsverməyə çıxarılmışdısa, iki il sonra bir neçə nəfərin prezidentliyə namizədliyi müzakirə ediləcək. O zaman cəmiyyətdə çox böyük cəbhələşmə, qarşıdurmalar meydana çıxa bilər. Ancaq necə olursa olsun, Türkiyədə yeni Konstitusiya qəbul edildi, Erdoğan tərəfdarları bunu «yeni dövrün başlanğıcı» kimi dəyərləndirirlər. Bəzilərisə bunu cəmiyyətin demokratiyadan avtoritarizmə meyllənməsi sayırlar. Zənnimcə, Türkiyə cəmiyyəti ziddiyyətli və ciddi polemikalar doğuracaq böyük bir dövrə qədəm qoydu.

Türkiyədə referendum, prezident səs verdi, ölkə sakinləri nə deyirlər
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

– Bəziləri hətta bunu Cümhuriyyətin süqutunun başlanğıcı kimi dəyərləndirir, xüsusən sosial şəbəkələrdə Türkiyə Cümhuriyyəti – 1923-2017 yazaraq, respublika üsul-idarəçiliyinin sonunun gəlişi kimi qeyd edirlər. Sizcə, bu qədər pessimist olmağa dəyərmi, yoxsa 48 faiz «hayır»çılara güvənmək mümkündür?

– Mən Cümhuriyyətin sonunun gəldiyini güman etmirəm. Recep Tayyip Erdoğan prezident olmaq istəyir. Ancaq o, növbəti prezident seçkilərini uda bilməyəcək. İkincisi, inanmıram ki, cümhuriyyət dövründə qazanılan nailiyyətlərin üstündən xətt çəkmək asanlıqla mümkün olsun. Əhali yenə də mövcud qayda-qanunlarla yaşamaqda davam edəcək, bircə parlamentin səlahiyyətləri azalacaq, bir də Nazirlər Kabineti icra qurumunun başında durmayacaq. Buna da iqtidar partiyasının başında duran bir neçə adam hökm verdi. Bunu respublika üsul-idarəsinin sonu kimi qəbul etmirəm. Belə cəhdlər olacaqsa, XXI əsrdə, özü də Türkiyə cəmiyyətinin yetərincə şüurlu olduğu bir vaxtda buna imkan verilməyəcək. Amma Türkiyə cəmiyyətinin ziddiyyətli dövrə qədəm qoyduğunu söyləmək olar.

– Bu ziddiyyətli dövrdən nə gözləmək olar? Əksər təhlilçilər 2019-cu il prezident seçkisinə fokuslanıb və referendumun nəticələrindən sonra gələcək seçkilərin Erdoğan üçün asan olmayacağını düşünürlər. Hərçənd Recep Tayyip Erdoğan hədəfinə doğru qətiyyətlə gedən siyasətçilərdəndir. Növbəti iki ildə prezident seçkisini qazanmaqdan ötrü, yəqin, o da nələrsə düşünəcək, həmlələr edəcək. Bu baxımdan, Türkiyəni hansı sürprizlər gözləyə bilər?

– Hələ indiki referendum zamanı saxtakarlıqlar haqda xəbərlər gəldi. Bu dəfə əsgərlərə, polislərə, dini kəsimin təmsilçilərinə müstəqil seçim etmək imkanı verilmədi. Bu da inzibati resurs kimi Erdoğan-ın xeyrinə işlədi. Ancaq gələcəkdə bu mümkün olmayacaq. Erdoğan hansı fəndə əl atırsa atsın, referendumun nəticələri Türkiyə cəmiyyətinin yetərincə ayıq olduğunu göstərdi. Bu ayıqlıq yaxın günlərdə MHP-də baş verənlərdə özünü göstərəcək. Mən əminəm ki, partiya ya parçalanacaq, ya da Devlet Bahçeli partiya başqanlığından uzaqlaşdırılacaq. Bir də bundan sonra cəmiyyətdə antidiktatura ovqatı hökm sürəcək. Belə şəraitdə də cümhuriyyət dönəminə son vermək mümkünsüz olacaq.

– Əlavə imkanlar qazanan Erdoğan-ın radikallaşması mümkündürmü?

– Radikallaşıb neyləyəcək ki? Radikallaşacaq, cəmiyyətdən də təpki alacaq. Zənnimcə, Erdoğan-ın əvvəlki kimi bağırmasına, gur səslə, istehzalı danışmasına meydan qalmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG