Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Türkiyədə referendum həbsləri


Erdoğana "yox" deyənlərin yürüşü
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Erdoğana "yox" deyənlərin yürüşü

Türkiyədə çərşənbə günü onlarla müxalifətçi saxlanıb. Görünən odur ki, prezident Recep Tayyip Erdoğan-ın səlahiyyətlərini gücləndirən referendumun qanuniliyini şübhə altına alanlara təzyiqlər güclənir. Həbslər haqda «The New York Times» qəzeti yazır.

Bazar günü – aprelin 16-da keçirilmiş referendumda konstitusiya dəyişikliklərinə səsverməyə gələnlərin 51.4 faizi «hə», 48.6 faiz «yox» deyib.

Ölkənin ayrı-ayrı yerlərində etirazçılar səsvermənin saxtalaşdırıldığını iddia edirlər. Çərşənbə günü azı 38 nəfərin saxlandığı bildirilir. Ancaq həbslərə baxmayaraq, etirazlar da davam etməkdədir.

«BOYUN ƏYMƏYƏNLƏR TAPILACAQ»

«Son beş ildə onlar Türkiyəni qorxu imperiyasına çevirməyə çalışıblar. Amma onlara boyun əyməyəcək insanlar həmişə tapılacaq», – İstanbulda etiraza qatılan 27 yaşlı televiziya prodüseri Serhat qəzetə deyib.

Məqalədə son aylar Türkiyədə siyasi səbəblərlə on minlərlə adam saxlanmasına baxmayaraq, bu həbslərin referendumdan sonra ilk siyasi həbslər olduğu vurğulanır.

Referendumda «yox» deyənlərin aksiyası. İstanbul.
Referendumda «yox» deyənlərin aksiyası. İstanbul.

«Polis saxlananlara deyib ki, onlar camaatı «hə» düşərgəsinə qarşı yönləndirməkdə suçlanırlar», – saxlananlardan birinin vəkili Deniz Demirdöğen deyib.

Aprelin 18-də referendumun nəticəsindən məhkəməyə şikayət vermiş tanınmış siyasi fəal Abdurrahman Atalay-ı da tutublar. Qardaşı oğlu Can Atalay qəzetə telefon müsahibəsində deyib ki, polis Atalay-ı «referendumun nəticəsinə şübhəylə yanaşmaqla əhali arasında nifrət yaratmaq»da suçlayır.

«MÜTƏŞƏKKİL OĞURLUQ»

Müəllif yazır ki, bu həbslər referendumdan sonra Türkiyənin avtoritarizm yolunda sürətlə irəliləməsi sarıdan qorxuları artırır. Erdoğan və tərəfdarları bu qələbənin ölkəyə sabitlik və çiçəklənmə gətirəcəyini deyirlər. Amma tənqidçilər onu hakimiyyəti əlində cəmləşdirməkdə suçlayırlar.

Türkiyədə referendum.
Türkiyədə referendum.

Türkiyədə ötən ilin iyulunda çevriliş cəhdindən sonra 45 minədək insan çevrilişi planlaşdırmaqda şübhəli bilinərək saxlanıb. 150-dən çox media qrupu, 1500 vətəndaş cəmiyyəti təşkilatı bağlanıb, 130 minədək adam işini itirib. Referendum öncəsi Erdoğan-a qarşı çıxanlar fiziki qorxudulmayla üzləşib, yürüş keçirmək, xəbər mediasına çıxmaqda məhdudiyyətlər görüb.

Çərşənbə günü Türkiyənin seçki komissiyası referendumun nəticələrinin ləğvinə dair müxalifətin çağırışını rədd edib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Bülent Tezcan bu qərarı tənqid edərək, «bunu mütəşəkkil seçki saxtakarlığı, səslərin mütəşəkkil oğurlanması adlandırırıq» deyib.

Müxalifət təkcə İstanbulda qutulara 200 min möhürsüz bülletenin qanunsuz atıldığını iddia edir.

XS
SM
MD
LG