Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:49

Türkiyə 'fövqəladə vəziyyəti qüvvədə saxlayan yeni qanun' qəbul edib


Türkiyə parlamenti (Foto arxivdəndir)
Türkiyə parlamenti (Foto arxivdəndir)

Türkiyə parlamenti yeni və daha sərt təhlükəsizlik qanununu qəbul edib. Bu qanun 2016-cı ilin iyul ayında baş tutmamış çevriliş cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyət ötən həftə başa çatdıqdan sonrahakimiyyətə geniş antiterroriz səlahiyyətləri verəcək.

Layihəsi prezident Recep Tayyip Erdoğanın hakim AK Partiyası tərəfindən tərtib edilmiş bu qanun üç il müddətində qüvvədə olacaq.

27 maddədən ibarət qanun hakimiyyətə hakimləri, hərbiyyə nümayəndələrini və nazirlik işçilərini vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verir. Qanunla vilayət başçıları sərbəst toplaşma azadlığının məhdudlaşdırılması kimi bir sıra fövqəladə səlahiyyətlətini özlərində saxlayırlar.

2016-cı ilin 15 iyul çevriliş cəhdindən bu yana qüvvədə olan fövqəladə vəziyyət hökumət onun müddətini uzatmadıqdan sonra iyulun 19-da başa çatıb.

Müxalifət bu qanunun qəbul edilməsini hökumətin fövqəladə vəziyyəti qüvvədə saxlamaq “fəndi” kimi tənqid edir.

AKP və onun ifrat sağçı müttəfiqi Milli Hərəkət Partiyası (MHP) ötən ay keçirilmiş seçkidən sonra parlament çoxluğuna malikdir.

Bu çoxluq sözü gedən qanunun problemsiz qəbuluna imkan yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG