Türkiyə polisi İslam Dövləti ekstremist təşkilatına bağlı olmaqda ittiham edilən 16 nəfəri saxlayıb.
Bundan az əvvəl dekabrın 28-də lisenziyasız dini kitablar mağazasının bağlanmasına etiraz edənlər təhlükəsizlik qüvvələrini daşa basmış və dəyənəklərlə hücum etmişdilər.
Reuters agentlyi yazır ki, polis Türkiyənin cənub-şərqində - Bingöl şəhərindəki bu kitab mağazasını gecə saatlarında qapatmağa çalışmışdı.
Bingölün qunernatoru kitab dükanının ölkədə İŞİD-in fəaliyyətinə dəstək verdiyini bildirib.
Əvvəllər İŞİD kimi tanınan İslam Dövləti ekstremist təşkilatı Türkiyə boyunca çoxsaylı hücumlar həyata keçirib.
2017-ci ilin 1 yanvarında İstanbuldakı gecə klubuna belə hücumlardan birində 39 nəfər həlak olmuşdu.
Qubernatorluğun bəyanatında deyilir:
“Polis təhlükəsizlik qüvvələrimizə dəyənək və daşla hücum edənləri dayandırmaq məqsədilə müdaxilə edib”.
Şübhəlilər hüquq-mühafizə orqanı əməkdaşına hücumda və ona bilərəkdən bədən xəsarəti yetirməkdə, habelə ictimai əmlaka ziyan vurmaqda ittiham edilirlər.
Sosial mediada yayılmış videolarda onlarca etirazçının polislə toqquşduğu görünür, atəş səsləri eşidilir.
Reuters yazır ki, 2016-cı il uğursuz çevriliş cəhdindən sonra Türkiyədə radikal islamçılarla əlaqədə şübhəli bilinən on minlərlə adam saxlanıb və mühakimə edilib.
Hökumət hadisə zamanı sərt hərəkət edilməsinə haqq qazandıran bəyanat verib.