Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:34

Türkiyə İraqı bombalayıb


Türkiyə aviasiyası Suriyaya zərbələr endirir. Foto arxiv.
Türkiyə aviasiyası Suriyaya zərbələr endirir. Foto arxiv.

Türkiyə ordusu bildirir ki, İraqın Sincar dağları yaxınlığında və Suriyanın şimal-şərqində PKK qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

İRAQDA PKK-NIN 4 OBYEKTİ DAĞIDILIB

Ordunun aprelin 25-də yaydığı bəyanatda deyilir ki, PKK bu iki məkandan yaraqlıların, silah və bombaların daşınmasında yararlanır. Həmin avadanlıq da Türkiyədə hərbi obyektlərə hücumlarda istifadə olunur. Sonuncu belə hücum Diyarbəkirdə təşkil olunub.

Hələlik, itkilər barədə açıqlama verilmir.

«Reuters» xəbər agentliyi hava zərbələrinin yerli vaxtla gecə saat 2-də endirildiyini yazır.

«Daily Sabah» qəzeti isə İraqın şimalında PKK-nın dörd obyektinin darmadağın olunduğunu qeyd edir.

Hərbi mənbələr qəzetə Metina regionunda PKK-ya məxsus üç sığınacağın və bir sursat anbarının dağıdıldığını söyləyib.

Türkiyə təyyarələri PKK-nı vurdu
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00

XATIRLATMA

1978-ci ildə yaradılmış Kürdüstan Fəhlə Partiyasını (PKK) Türkiyə, Birləşmiş Ştatlar və Avropa Birliyi terrorçu təşkilat kimi tanıyır. PKK 30 ildən çoxdur Türkiyədə muxtariyyət uğrunda mübarizə aparır. Bu münaqişədə 40 mindən çox insan həlak olub.

Ankara bildirir ki, PKK üzvləri qonşu İraqa və Suriyaya sığınır, həmin ölkələrdəki kürd yaraqlılarına qoşulurlar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bir neçə ay öncə deyirdi ki, PKK Türkiyə sərhədinin 115 kilometrliyində, İraqın Sincar vilayətində oturuşub və Ankara qruplaşmanın orda genişlənməsinə imkan verməyəcək.

Ötən ilin noyabrında Türkiyə ordusu sərhəd Silopi şəhərinə tanklar və zirehli texnika yerləşdirib. Həmin vaxt İraq qüvvələri də Birləşmiş Ştatların dəstəyilə Mosul şəhərindən «İslam dövləti» (İŞİD) yaraqlılarının çıxarılması əməliyyatına hazırlaşırdı. Hökumət onda deyirdi ki, sərhədə qüvvə toplamaqda məqsədi ölkənin müdafiəsini gücləndirməkdir.

XS
SM
MD
LG