Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

Türkiyənin ABŞ-dan raket alması, Rusiyadan S-400 alınmasını təsirləndirməyəcək


ABŞ-ın Patriot raket sistemi
ABŞ-ın Patriot raket sistemi

Bloomberg Ankara rəsmilərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-dan Patriot raketlərinin alınması təklifini müzakirə etmək məqsədilə ölkənin ali müdafiıə şurasının iclasını çağırmağı planlaşdırır.

Adlarının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Müdafiə Sənayeləri Sədarətinin ilkin müzakirələri az sonra başlanacaq.

Türkiyə prezidentinin aparatı belə bir iclasın keçiriləcəyini təsdiq etsə də, həmin tədbirin gündəliyi barədə əlavə məlumat verməyib.

Bloomberg yazır ki, ilkin mərhələdə Amerika raket sistemlərinin tezliklə qiymətləndiriləcəyi gözlənilməsə də, belə bir müzakirənin keçirilməsi planları Ankara və Vaşinqton arasında yaxınlaşmanı nümayiş etdirir.

Buna qədər ABŞ və Türkiyə arasında bir neçə məsələlərə dair ciddi ixtilaflar mövcud idi.

Bloomberg qeyd edir ki, ABŞ prezidenti Donald Trump-ın ABŞ qoşunlarının Suriyadan çıxarılacağını elan etməsi Ankara-Vaşinqton münasibətlərindəki yaxınlaşmaya müsbət təkan verib.

Suriyadakı ABŞ qoşunları oradakı kürd qüvvələrini dəstəkləyirdi. Türkiyə kürdlərin özünümüdafiə YPG qüvvələrini separatçı PKK təşkilatının bir qolu hesab edir.

Bu arada Türkiyə prezidentinin sözçüsü Ibrahim Kalin deyib ki, Patriot raket sistemlərinin alınması Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin alınması planlarını dəyişməyəcək.

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə Kalin deyib: “S-400 barəsində məsələ həll olunub. Bu sistemin ilk dəsti Türkiyəyə 2019-cu ilin sentyabrında gətiriləcək. Patriot təklifi heç nəyi dəyişmir, çünki biz bu sistemləri bir-birinə alternativ saymırıq. Biz hər iki sistemi ala bilərik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG