Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:22

Türkiyə parlamenti layihəni qəbul etdi, qaldı xalq


Türkiyə parlament binası

Yanvarın 21-də Türkiyə parlamenti - Böyük Millət Məclisi parlament idarəçiliyindən prezident idarəçiliyinə keçidlə bağlı dəyişiklik layihəsini qəbul edib. Sənəd Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsini nəzərdə tutur.

Səsvermədə iştirak edən 448 millət vəklindən 339 nəfəri qanun layihəsinin lehinə, 142 nəfər əleyhinə səs verib.Konstitusiyaya dəyişikliklərin qəbuluna görə 330 millət vəkilinin səsi yetərli sayılırdı.

Baş nazir Binali Yıldırım deyib ki, "biz konstitusiyaya dəyişiklik etməmişik, konstitusiyaya dəyişiklik təklifi vermişik. Qərarı xalq verəcək".

Bundan sonra qanun layihəsi referenduma çıxarılacaq. Referendumun aprelin 2-si, ya da 9-da keçiriləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG