Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Türkiyədə bomba hücumuna görə bir nəfərə 53 ömürlük həbs cəzası verilib


2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qoşa avtomobil partlayışında 53 nəfər həlak olmuşdu
2013-cü ildə Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş qoşa avtomobil partlayışında 53 nəfər həlak olmuşdu

Türkiyədə 2013-cü ildə törədilmiş bomba hücumunda ittiham olunan şəxs 53 ömürlük həbsxana cəzasına məhkum edilib. Suriya sərhədində törədilmiş bomba partlayışı nəticəsində onlarca insan həlak olmuşdu.

Anadolu agentliyinin fevralın 23-də verdiyi xəbərə görə, Nasir Eskiocak Hatay vilayətiinin Reyhanlı şəhərində qoşa avtomobildə törədilmiş bomba partlayışlarında ölmüş 53 nəfərin hər biri üçün ayrılıqda ömürlük həbsxana cəzaları alıb.

Media xəbərlərində Eskiocakdan başqa bu cinayətlə bağlı kiminsə axtarışda və ya həbsdə olub-olmadığı barədə məlumatlar yoxdur.

Prokurorlar bildiriblər ki, Eskiocak 2013-cü il mayın 11-də törədilmiş hücumun başçısı olub. Ankara bu hücuma görə Suriya prezidenti Bashar al-Assad-a bağlı olan qrupları ittiham edirdi.

Dəməşq bu hücumla hər hansı əlaqəsini inkar edirdi.

Suriya münaqişəsində Türkiyə və ABŞ prezident Assad-ı devirməyə çalışan qiyamçı qruplaşmaları dəstəkləyirlər.

Rusiya və İran isə bu münaqişəyə Assad-a dəstək vermək üçün müdaxilə ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG