Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:06

Türkiyədən Azərbaycana gələn avtobus qəzaya düşüb


Qəza

Ölən və yaralananların çoxu Azərbaycan vətəndaşlarıdır

«Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən 5-i Azərbaycan vətəndaşıdır».

Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

Yaralıların 26-si Azərbaycan vətəndaşıdır

«İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var».

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü deyib: «Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır».

Ağır qəza

Bu gün, fevralın 20-si səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır qəza baş verib.

Yol qəzasında 20 nəfərin yaralandığı, 7 nəfərin öldüyü bildirilir.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin APA-ya deməsinə görə, hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir: «Ölən və yaralananlar arasında azərbaycanlıların sayı, böyük ehtimalla, çox olacaq. Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur».

Günün bütün mövzuları

XS
SM
MD
LG