Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:31

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?


İbrahim Kalın
İbrahim Kalın

Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətinə bu ay Madriddə keçiriləcək sammitdə baxılması Stokholm və Helsinkinin Ankaranın tələblərinə cavabından asılı olacaq

Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətinə bu ay Madriddə keçiriləcək sammitdə baxılması Stokholm və Helsinkinin Ankaranın tələblərinə cavabından asılı olacaq.

Bunu iyunun 3-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumunun yaratdığı geosiyasi təhlükə ilə bağlı NATO üzvlüyü üçün ərizələrini ötən ay veriblər.

Lakin Türkiyə bu iki ölkənin NATO üzvlüyünə müsbət baxmadığını dərhal elan edib.

NATO-nun Nizamnaməsinə görə hər hansı ölkənin təşkilatın üzvü olması üçün bütün qalan üzvlərin razılığı tələb olunur.

Lakin Türkiyə Helsinki və Stokholmu kürd separatçıları və Türkiyənin terrorçu saydığı başqa qruplaşmaları himayə etməkdə günahlandırır.

Bundan əvvəl bu iki ölkə ilə Türkiyə arasında keçirilən danışıqlarda Ankara tələblərinin qarşı tərəfə təqdim olunduğunu bildirib.

“NATO turizm alyansı deyil”

Reuters yazır ki, İsveç və Finlandiya Türkiyə ilə bu xüsusda danışıqların davam etdirildiyini bildiriblər.

Amma Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu həftə bildirib ki, Ankara Helsinki və Stokholmdan tələblərinə hələ də cavab almayıb.

Erdoğanın müşaviri və sözçüsü İbrahim Kalın İspaniyanın El Pais qəzetinə deyib ki, Finlandiya və İsveçin ərizələrinə NATO-nun 29-30 iyun sammitində baxılıb-baxılmayacağı onların Türkiyənin tələblərinə cavabından asılı olacaq:

"Bu, İsveç və Finlansiyanın nə edəcəyindən asılı olacaq. Biz öz tələblərimizə cavab məsələsində irəliləyiş görsək, deməli prosesdə də inkişaf olacaq. NATO turizm və ya iqtisadi alyans deyil. Bu, təhlükəsizlik alyansıdır. Bu isə o deməkdir ki, təşkilat bütün üzvlərinin təhlükəsizliyini eyni dərəcədə və ədalətlə təmin etməlidir”.

NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtona səfəri zamanı demişdi ki, o yaxın günlərdə İsveç, Finlandiya və Türkiyənin nümayəndələri ilə bu barədə müşavirə keçirəcək.

Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu həftə bildirib ki, Stokholm və Helsinkidən konkret cavablar alınanadək belə bir görüşün keçirilməsində məna görmür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG