Türkiyədə bazar günü gecədən başlanan yanğın sürətlə NATO bazası istiqamətində yayılır.
Şahintepe rayonunda başlanmış yanğın ətrafdakı yaşayış məntəqələrinə ciddi təhlıükə yaradıb.
Britaniyada çıxan “The Express” qəzeti yazır ki, NATO Birləşmiş Quru Qoşunları Komandanlığının (LANDCOM) Türkiyənin qərbindəki Şirinyer məntəqəsində yerləşən qərargahı yaxınlığında yanğınsöndürmə cəhdləri davam etdirilir.
Xəfiyyələr yanğının bilərəkdən törədildiyi verisyası üzərində də iş aparırlar.
Buca şəhər bələdiyyəsinin başçısı Levent Piristina yanğının nəzarət altında olduğunu bildirsə də, onu 10 saatdan artıq müddətdə söndürmək mümkün olmayıb.
Qısaca LANDCOM kimi tanınan bu ərazi NATO-nun Türkiyədəki quru qoşunlarının qərargahıdır.
“The Express” yazır ki, Türkiyə Amerikanın xaricdəki nüvə cəbbəxanasının ən böyük bazasıdır.
Burada 50-dək ABŞ nüvə silah vahidinin saxlandığı düşünülür.
Lakin bu da bildirilir ki, nüvə başlıqları LANDCOM-da yox, İncirlik bazasında yerləşdirilib.
Məqalədə deyilir ki, yanğın Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən bir həftə sonra baş verib.
Son günlər ABŞ və Qərb mediası Türkiyə və NATO arasındakı münasibətlərin gələcəyindən narahatlıq ifadə edən yazılar dərc edir.