Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Türkiyə: "Moodys" un kredit reytinqi qərəzlidir


İstanbul Bosfor boğazı
İstanbul Bosfor boğazı

Türkiyənin maliyyə nazirliyi “Moody's” agentliyinin ölkənin kredit reytinqini aşağı salmasını pisləyib.

Bu barədə Türkiyə mətbuatıFinancial Times məlıumat verir.

Nazirliyin iyunun 15-də yaydığı bəyanatda deyilir ki, belə bir qərar agentliyin “obyektivlik və neytrallığını” sual altında qoyur.

“Moody's” un iyunun 14-də açıqladığı reytinq cədvəlində Türkiyəni bir pillə aşağı salıb, ödəmə və defolt riskinə əsaslanaraq bu ölkə barədə neqativ proqnozu saxlayıb.

Bundan əvvəlki Ba3 reytinqində investorlar üçün kredit riskinin əhəmiyyətli dərəcədə, indiki B1 reytinqində isə yüksək olduğu göstərilir.

Qeyd edək ki, bu məlumat, iyunun 23-də Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçiriləcək mer seçkiləri ərəfəsinə təsadüf edir.

Agentlik qeyd edir ki, prezident Racep Tayyip Erdoganın hakim partiyasının uduzduğu ilk seçkidən sonra təkrar səsvermə keçirilməsi, ölkədə siyasi gərginlik üçün potensial yaradır, hansı ki, bu milli valyuta lirənin daha da ucuzlaşması və valyuta ehtiyatlarının tükənmısi ilə nəticələnə bilər.

Qeyd edək ki, 2018-ci ilin sonlarından Türkiyədə iqtisadi tənəzzül daha da dərinləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG