Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Türkiyə Suriyada ABŞ-la birgə keşik çəkəcəyini deyir


ABŞ qüvvələri Mənbij yaxınlığında
ABŞ qüvvələri Mənbij yaxınlığında

Ankara rəsmiləri sentyabrın 21-də bildiriblər ki, Türkiyə tezliklə ABŞ qüvvələri ilə birgə Suriyanın şimalındakı strateji Mənbij şəhərində patrul keşiyi çəkəcək. Bu şəhər bir vaxtlar Suriyada İslam Dövləti adlanan ekstremist təşkilatın istehkamı idi.

Associated Press bildirir ki, Türkiyə Müdafiə Nazirliyinin bu bəyanatı Ankara və Moskva arasında İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə edilməsindən üç gün sonra verib.

Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşmaya görə sözü gedən bufer zolağı oktyabr ayınadək yaradılmalıdır. Zolaq Suriya hökumət qoşunları ilə bu qəzadakı silahlı müxalifəti bir-birindən ayırmalıdır.

Lakin əl-Qaedaya bağlı cihadçı qüvvələr Amnkara-Moskva razılaşmasını qəbul etmədiklərini və demilitarizasiya zonasından çıxmayacaqlarını deyiblər.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin deyib ki, hazırda Türkiyənin silahlı qüvvələri və kəşfiyyat orqanları rusiyalı həmkarları ilə bu qruplaşmaların bölgədən necə çıxarıla biləcəyini müzakirə edirlər.

Lakin İdlibdə qiyamçıların nəzarətində olan şəhər və kəndlərin sakinləri antihökumət nümayişlərinə çıxıblar. Onlar Assad rejiminin devrilməsinə çağıran şüarlar səsləndiriblər.

Mənbijə gəlincə isə birgə patrul keşiyi Ankara və Vaşinqton arasında ötən iyunda qəbul edilmiş “yol xərtitəsinin” tərkib hissəsidir.

Bu şəhər 2016-cı ildə ABŞ-ın dəstəklədiyi kürd qüvvələri tərəfindən azad olunub. İndi Ankara Vaşinqtondan bu qüvvələrin bölgədən çıxarılmasını tələb edir.

AP yazır ki, Türkiyə Suriyada Moskva ilə Vaşinqton arasında kövrək balans əsasında fəaliyyət göstərməyə çalışır. Ankaranın məqsədi ABŞ tərəfindən dəstəklənən kürd qüvvələrinin çıxarılması və İdlibdə mötədil müxalifətin saxlanmasıdır.

Mənbij məsələsi iki NATO müttəfiqi arasında uzun müddətdir ki, gərginlik mənbəyi oalraq qalır. Ankara burada ABŞ tərəfindən dəstəklənən kürd Xalq Müdafiə Birliklərinin və ya YPG-ni terrorçu qrup hesab edir.

Kalin deyib ki, ABŞ-ın kürd qüvvələrinə davamlı dəstəyi “ciddi narahatlıq” mənbəyi olaraq qalır.

Mənbij şəhərini idarə edən Hərbi Şura iyul ayında bəyan etmişdi ki, buradakı YPG qüvvələrinin çıxarılması başa çatıb. Türkiyə XİN bildirmişdi ki, kürd qüvvələrinin çıxarılması barədə xəbərlər “şişirdilib” və “həqiqəti əks etdirmir”.

Avropada mənzillənmiş kürd rəsmi Ebrahim Ebrahim deyib ki, indi Mənbijdə YPG qüvvələri yoxdur və hətta YPG müşavirləri buradan aylar öncəsi çıxarılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG