Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Türkiyə lirəsi ucuzlaşa-ucuzlaşa gedir


Türkiyə lirəsi və ABŞ dolları
Türkiyə lirəsi və ABŞ dolları

Reüters və Bloomberg agentliklərinin məlumatına görə, hazırda Türkiyədə infilyasiyanın səviyyəsi 73 faizi keçib ki, bu son 24 il ərzində ən pis göstərici hesab olunur.

Türkiyə lirəsi iyunun 8-də ABŞ dollarına nisbətdə daha 0,9% ucuzlaşıb. Hazırda 1 dollar 16, 93 lirədir. 1 avro isə 18 lirədən də baha olub.

Reütersin məlumatına görə, ümumilikdə lirə təkcə bu il dollara münasibətdə 22 faiz dəyərdən düşüb.

Mənbə yazır ki, bu ölkə prezidenti Racep Tayyib Ərdoğanın, faiz dərəcələrinin aşağı salınacağına dair vədləri ilə bağlıdır.

Ərdoğan iyunun 6-da Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə faiz dərəcələrini artırmayacaq, əksinə, bahalaşma qarşısında onları azaltmaqa davam edəcək.

Reüters yazır ki, lirə təkcə ötən il 44 faiz dəyərdən düşüb. Mütəxəssislər bunun Ərdoğan hökumətinin pis iqtisadi və pul-kredit siyasəti ilə bağlı olduğunu deyirlər.

Hakimiyyət hesab edir ki, faizləri azaltmaqla kretit, ixrac və investisiyalar hesabına ölkədə infilyasiyanın qarşısını almaq olar.

Amma mütəxəssislər bunun iqtisadi qaydalara zidd-zərərli siyasət olduğunu deyirlər.

Reüters və Bloomberg agentliklərinin məlumatına görə, hazırda Türkiyədə infilyasiyanın səviyyəsi 73 faizi keçib ki, bu son 24 il ərzində ən pis göstərici hesab olunur.

Ölkədə əraz məhsulları, elektrik və qazın qiyməti, habelə əksər xidmət növləri kəskin dərəcədə bahalaşıb.

Türkiyədə elektrikin bahalaşması etirazlara səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Hakimiyyət minimum əməkhaqqını 50 faiz artırsa da əhali 2 dəfədən də çox artan qiymətlər fonunda bunun kifayyət olmadığını deyir.

Ötən ildən bu yana İstanbul da daxil olmaqla ölkənin bir sıra şəhər və bölgələrində bahalaşmaya etiraz olaraq aksiyalar keçirilib

XS
SM
MD
LG