Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:07

Türkiyə polisi Khashoggi-nin qətli ilə bağlı iki villada axtarış aparıb


Jamal Khashoggi
Jamal Khashoggi

Guardian yazır ki, Səudiyyəli jurnalist Jamal Khashoggi-nin qalıqlarını axtaran Türkiyə polisi ölkənin şimal-qərbində yerləşən iki qonşu villada axtarış keçirib.

Anadolu dövlət xəbər agentliyi bildirir ki, müstəntiqlər və rəsmilər Yalova vilayətinin Termal şəhəri yaxınlığındakı villalardan birində axtarışı itlərdən və dronlardan istifadə etməklə keçiriblər. Sonra axtarış ikinci villada aparılıb.

Birinci villada polisin diqqəti su quyusuna yönəlmişdi. Bu quyunun suyu sorğaclarla çıxarılıb.

Türkiyə oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülmüş jurnalist Khashoggi-nin qətli ilə bağlı Səudiyyə Ərəbistanı üzərinə pressinqini davam etdirir. Washington Post qəzetinin yazarıKhashoggi Səudiyyənin de facto rəhbəri, vəliəhd şahzadə Mohammed bin Salman-ın kəskin tənqidçisi kimi tanınırdı.

Türkiyə bildirir ki, jurnalist Riyaddan göndərilmiş 15 nəfərlik sui-qəsd komandosu tərəfindən qətlə yetilririb. Sui-qəsdçilərin jurnalisti əvvəlcə boğduqları, sonra isə doğrayaq hissələrə ayırdıqları deyilir. Khashoggi-nin qalıqları hələlik tapılmayıb.

Anadolu agentliyi heç bir mənbəyə istinad etmədən sözü gedən villaların iki Səudiyyə biznesmeninə məxsus olduğunu yazır. Sui-qəsdçi qrupunun bu biznemenlərdən biri ilə əlaqə saxladığına inanılır.

Agentlik biznesmenin adını çəkmədən bildirir ki, həmin şəxs qətl baş verərkən Türkiyədən xaricdə olub və son iki ayda ölkəyə gəlməyib.

Ankara israr edir ki, jurnalistin qətlə yetirilməsi barədə əmr Səudiyyə hökumətinin ən yuxarı səviyyəsindən verilib, lakin bu şəxs kral Salman deyil. Qətldə şübhəli bilinənlərdən bir neçəsi vəliəhd şahzadənin təhlükəsizlik xidmətinin üzvləridir.

Riyad bildirir ki, qətldə şübhəli bilinən 15 nəfərdən beşini edam cəzası gözləyir. Lakin Səudiyyə israr edir ki, jurnalisti öldürənlər özbaşına hərəkət ediblər.

İki villada aparılmış axtarışın nəticələri barədə Türkiyə baş prokurorunun məlumat verəcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG