Türkiyə KİV-lərinin noyabrın 16-da verdikləri məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Kamal Ökəmi Türkiyənin İsraildəki səfiri vəzifəsinə təyin edib.O, bunadək baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri idi.
Xatırladaq ki, İsrail bundan bir gün öncə-noyabrın 15-də Eytan Naeni Türkiyəyə səfir təyin edib.
6 il idi ki, bu iki ölkə arasında rəsmi diplomatik münasibətlər pozulmuşdu. Amma son aylar ikitərəfli münasibətin normallaşdığı müşahidə olunur.
Münasibətlərin pozulmasına səbəb, İsrail hərbçilərinin 2010-cu il mayın 31-də Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyəgəmisinə hücum etməsi olmuşdu. Həmin hücum nəticəsində 9 Türkiyə vətəndaşı öldürülüb