Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Türkiyədə 100-dən çox hərbçinin həbsinə order verilib


Türkiyədə 100-dən artıq əsgər və keçmiş kursantın həbsi üçün order verilib. Onlar ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi ilə əlaqəli olmaqda şübhəli bilinirlər. Bu barədə məlumatı yanvarın 11-də Türkiyə rəsmiləri və mediası yayıb.

Türkiyədə 2016-cı ilin iyulunda baş tutmamış çevriliş cəhdindən indiyədək Fethullah Gülen tərəfdarları olmaqda şübhəli bilinən minlərlə alim, müəllim, prokuror, hakim və hərbçi repressiyaya məruz qalıb.

Gülen 250 adamın ölümü ilə nəticələnmiş çevriliş cəhdi ilə hər hansı əlaqəsini təkzib edir.

Reuters agentliyinin İstanbul prokurorluğuna istinadən verdiri xəbərə görə 50 şübhəlinin həbsinə order verilib. Bunlardan 6-sı zabit qalanları isə çevriliş cəhdindən sonra hərbi akademiyadan qovulmuş kursantlardır.

Bu həbslərin həyata keçirilməsi üçün ölkənin 16 vilayətində reydlər olub. Müstəntiqlərin əsas diqqəti telefon zənglərinə yönəlib.

Bundan başqa Adana vilayətində prokurorlar 52 hərbçinin həbsinə sanksiya veriblər. Onlardan 42-si həqiqi hərbi xidmətdədir.

Prokurorluq bildirir ki, çox sayda polkovnik, mayor, leytenant və başqa rütbəli hərbçilərin avtomat telefonlardan başqa Gülen şübhəlilərinə etdiyi zənglər araşdırılıb. Şübhəlilərin bir çoxu artıq həbs edilib.

Türkiyədə çevriliş cəhdindən bu yana 77 min nəfər həbs olunub. Onlar hazırda məhkəmələrini gözləyirlər. Bundan başqa daha 150 min dövlət qulluqçusu işlərindən kənarlaşdırılıb. Bununla belə Fethullah Gülen şübhəlilərinin təqibləri davam edir.

İnsan haqları qrupları və Türkiyənin Qərb müttəfiqləri bu repressiyalardan dərin narahatlıq ifadə ediblər. Onlar deyirlər ki, prezident Recep Tayyip Erdoğan çevriliş cəhdindən fərqli düşüncənin boğulması üçün sui-istifadə edir.

Anadolu agentliyi xəbər verir ki, haqqında həbs orderi veriləndən sonra qaçaq düşmüş bir restoran şəbəkələri sahibi bir ildən sonra İzmir şəhərində həbs olunub.

Türkiyə boyunca 1100 məntəqədə restoranları olan Murat Sivrikaya həbs olunarkən üstündə saxta sənədlərin olduğu bildirilir. O Gülen şəbəkəsinin yerli inzibatçısı olmaqda ittiham edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG