Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:14

Türkiyə “Fethullah şübhəlilərinin” kütləvi həbsinə başladı


Türkiyə polisi media etirazçılarının aksiyasını dağıdıb
Türkiyə polisi media etirazçılarının aksiyasını dağıdıb

Türkiyə polisi islamçı vaiz Fethullah Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 44 nəfəri həbs edib.

Türkiyə polisi islamçı vaiz Fethullah Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən 44 nəfəri həbs edib.

Prezident Erdoğan Hizmet hərəkatını hökumət çevrilişi cəhdində ittiham edir.

Anadolu agentliyinin məlumatına görə həbs edilənlərin arasında yüksək vəzifəli məmurlar və polis zabitləri var.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, “fethullahçıların” kütləvi həbsləri Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkisində mütləq çoxluğu əldə etdikdən dərhal sonra başlanıb.

Avropa seçkini tənqid edib

Lakin Avropa müşahidəçilərinin rəyinə görə zorakılıqlar və media üzərinə məhdudiyyətlər bu seçkiyə kölgə salıb.

Ötən çərşənbə axşamı sol təmayüllü Nokta məcmuəsi bildirib ki, onun iki redaktoruna qarşı çevriliş ittihamları irəli sürülüb.

Cevheri Güven və Murat Çapan jurnalın üz qabığında seçki nəticələrini tənqid edən sərlövhəyə görə həbs ediliblər. Başlıqda “Türkiyədə vətəndaş müharibəsinin başlanğıcı” yazılmışdı.

İstanbul məhkəməsi jurnalın sözü gedən sayının bütün nüsxələrinin satışdan çıxarılması barədə qərar verib. Hökmdə deyilir ki, jurnal ictimaiyyəti cinayətlərə sövq edən materiallar dərc edib.

Kommendant saatı

Bu arada ölkənin təhlükəsizlik qüvvələri Türkiyənin cənub-şərqində əhalisi əsasən kürdlərdən ibarət Silvan şəhərində kommendant saatı tətbiq edib. Türkiyə təyyarələri İraqın şimalındakı PKK mövqelərini raket atəşlərinə tutumaqda davam edib.

Anadolu agentliyi bildirir ki, çərşənbə axşamı həbs edilənlərin əksəriyyətinə qarşı “səlahiyyətlərini aşma” ittihamı irəli sürülüb.

Prokurorluq ümumilikdə 57 nəfərin həbsi üçün sanksiya verib.

Türkiyə hökuməti hazırda ABŞ-da “könüllü sürgündə” yaşayan müsəlman vaizi Fethullah Güleni Türkiyədə parallel dövlət yaratmaq cəhdində günahlandırır.

Media üzərinə hücumlar

Bu polis əməliyyatlarından əvvəl başqa bir media qurumu olan Koza-İpek qrupunun ofislərinə reydlər keçirilib. Bu media qrupu Gülenlə əlaqələrdə şübhəli bilinir.

Hürriyyet qəzeti yazır ki, hökumət bu media qurumuna rəhbərliyi xüsusi hamilər şurasına həvalə edəndən dərhal sonra 58 əməkdaş işdən qovulub.

Bütün bunlarla yanaşı Türkiyədəki gərgin siyasi-ictimai durum davam edir. Bu gərginlik ötən iyul ayında intiharçı bomba partlayışında 30-dan çox kürd həlak olduqdan sonra başlanıb.

Kürdlərin ötən ay Ankarada keçirdikləri yürüş zamanı törədilmiş qoşa intiharçı bomba partlayışı nəticəsində yüzdən artıq insan həlak olub.

XS
SM
MD
LG