Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Türkiyədəki uğursuz dövlət çevrilişi cəhdindən 5 il keçir


Türkiyə-Prezident Recep Tayyip Erdoganın 2016-cı il çevriliş cəhdinin ildönümü münasibətilə çıxışı- Istanbul, 15 iyul, 2019
Türkiyə-Prezident Recep Tayyip Erdoganın 2016-cı il çevriliş cəhdinin ildönümü münasibətilə çıxışı- Istanbul, 15 iyul, 2019

Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin hadisələrdən sonra keçirilən reydlər zamanı Fıtullah Gülənlə əlbir olmaqda şübhəli bilinən 290 mindən çox adam saxlanıb, onlardan təxminən 100 mini həbs edilib.

2016-cı il iyulun 15-də bir qrup hərbçi prezident Ərdoğanı hakimiyyətdən salmağa cəhd etmiş, Ankara və İstanbulda dövlət idarələrini, körpüləri ələ keçirməyə çalışmışdı.

Ərdoğanın tərəfdarları küçələrə axışandan sonra qarşıdurmada 250-dən çox adam ölmüşdü.

Hakim Ədalət və İnkişaf partiyası həmin çevriliş cəhdinə görə hazırda Birləşmiş Ştatlarda mühacirətdə olan ilahiyyatçı Fətullah Gülən və onun tərəfdarlarını ittiham edir.

Amma Fətullah Gülən bütün ittihamları rədd edir və həmin cevriliş cəhdində əli olmadığını iddia edir.

Türkiyə hakimiyyəti gülənçiləri FETO Terror Təşkilatı adlandırır.

Çevriliş cəhdindən sonra bütün ölkə boyu gülənçilərə qarşı reydlər keçirildi, minlərlə adam saxlandı, həbsə atıldı və ya ölkədən qaçmalı oldu.

Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin hadisələrdən sonra keçirilən reydlər zamanı Fıtullah Gülənlə əlbir olmaqda şübhəli bilinən 290 mindən çox adam saxlanıb, onlardan təxminən 100 mini həbs edilib.

Türkiyədə həbslər
Türkiyədə həbslər

Reütersin nazirliyə istinadla verdiyi məlumata görə həbs olunanlardan təxminən 2 500 nəfəri ömürlük həbsə məhkum edilib.

Bundan başqa müəllimlər, həkimlər, hərbçilər, hakimlər və elm adamları da daxil olmaqla 150 minə yaxın dövlət qulluqçusu işdən kənarlaşdırılıb, 20 minə yaxın hərbçi isə ordudan uzaqlaşdırılıb.

Bu hadisənin üstündən 5 il ötməsinə baxmayaraq Türkiyə hakimiyyəti müntəzəm olaraq ölkədə Fətullah Gülənçilərə qarşı reydlər keçirir.

Hakimiyyət hesab edir ki, Türkiyənin üzləşdiyi təhlükəni nəzərə alaraq hökumət aparatında dərin kök salmış gülənçiləri yalnız kütləvi təmizləmə yolu ilə neytrallaşdırma mümkündür.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri, digər beynəlxalq təşkilatlar və dünya ölkələri Erdoğan hakimiyyətini represiyalarda və dikdatura rejimi qurmaqda ittiham edirlər.

Türkiyə hakimiyəti isə bütün ittihamları rədd edir və baş verənlərə gərə həm də xarici qüvvələri günahlandırır.

XS
SM
MD
LG