Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

Türkiyədə ‘çevriliş şübhələrinə’ görə daha 2756 nəfər işdən qovulub


Prezident Recep Tayyip Erdoğan
Prezident Recep Tayyip Erdoğan

Türkiyə hökluməti dövlət müəssisələrində çalışan 2756 nəfəri işdən qovub. Ankara bildirir ki, bunlar müxtəlif terrorçu qruplarla əlaqədə şübhəli bilinən şəxslərdir.

Lakin müstəqil təhlilçilər bunu ötən ilin baş tutmamış çevriliş cəhdindən sonra prezident Erdoğanın başlatdığı repressiyaların davamı kimi qiymətləndirirlər.

Rəsmi qəzetdə dekabrın 24-də dərc edilmiş hökumət sərəncamında deyilir ki, 637 hərbçi, 360 polis, 150 alim və ali məktəb müəllimi və başqaları vəsifələrindən kənarlaşdırılıblar.

Türkiyə hökuməti 2016-cı ilin çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin dayandığını iddia edir.

Bu arada Türkiyənin baş naziri Binali Yıldırım dekabrın 24-də deyib ki, gələn il hökumət və dövlət qulluğuna 110 min yeni işçi qəbul ediləcək.

Çevriliş cəhdindən bəri Gülen təşkilatı ilə əlaqəli olduqlarına dair iddialarla bağlı Türkiyədə 110 min insan işdən qovulub, daha 50 min nəfər həbs edilib.

Gülen ümumilikdə 240 nəfərin ölümü ilə nəticələnmiş çevriliş cəhdi ilə hər hansı əlaqəsini inkar edir.

Türkiyə hökuməti repressiyalara Gülen hərəkatı təhlükəsinin hələ də davam etməsi iddiası ilə haqq qazandırır.

Lakin beynəlxalq insan haqları qrupları Erdoğanı repressiyaların əsnasında öz opponentlərinə divan tutmaqda ittiham edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG