Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:24

HSBC bankının Türkiyə rəhbəri ‘Erdoğanı təhqirə’ görə araşdırılır


HSBC beynəlxalq bankının Türkiyə filialının rəhbəri beş il bundan əvvəl prezident Recep Tayyip Erdoğanı “təhqir edən” retvit barədə iddialarla bağlı araşdırılır.

Bankın Türkiyə filialının rəhbəri Selim Kervancı prokurorluqda 2013-cü ildə paylaşdırığı antihökumət postu barədə sorğu-sual edilib.

Financial Times yazır ki, Kervancı sentyabr ayında dindirilib və hazırda mühakimə olunub-olunmayacağına dair qərarı gözləyir.

Təhqiqatın əsas diqqəti bank rəhbərinin “Süqut” filmində Adolf Hitleri göstərən tviti paylaşmasına yönəlib. Video Twitter-ə 2013-cü ilin Güzi parkı etirazları zamanı post edilib.

Bu videoklipdə zabitlərini danlayan Hitlerin çılğın nitqinin türkcə subtitrlərindən belə çıxır ki, söhbət nasist liderindən yox, Erdoğandan gedir.

Türkiyədə prezidentin təhqiri kriminial əməl sayılır və 4 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

2014-cü ildən bəri bu maddə ilə 132 nəfər mühakimə olunub. Human Rights Watch beynəlxalq insan haqları təşkialtının məluimatına görə bunlardan 40-ı məhkum edilib. Amma cəmi üç ilin ərzində, 2017-ci ildə bu maddə ilə mühakimə edilənlərin sayı 6033-ə, məhkum edilənlərin sayı isə 2099-a yüksəlib.

Mühakimə edilənlərin arasında tanınmış siyasətçilər, aktyorlar, müğənnilər və yüzlərlə sadə vətəndaş var.

Model Model Merve Buyuksarac 2016-cı ildə prezidenti təhqirə görə 14 ay şərti cəza alıb
Model Model Merve Buyuksarac 2016-cı ildə prezidenti təhqirə görə 14 ay şərti cəza alıb

Tənqidçilər deyirlər ki, bu mühakimələrdən məqsəd cəmiyyətdə xof yaradılması və fərqli düşünənlərin susdurulmasıdır. Erdoğanı özü bəyan edib ki, o tənqidə dözə bilər, amma ailəsinə yönəlik təhqirə yox.

Bu mühakimələrin böyük əksəriyyəti sosial medialardakı postlardan qaynaqlanıb.

Bu da deyilir ki, Kervancının beş il əvvəl yazılmış tvitinə orqanların diqqətini xəbərçilərdən biri yönəldib.

Cumhuriyet qəzetinin məlumatına görə cənab Kervancı prokurorlara deyib ki, o sözü gedən videoya baxmayıb və onu sonradan baxmaq məqsədilə yaddaşda saxlamaq üçün retvit edib.

Bank rəhbəri deyib ki, xəbərçinin əsas məqsədi onun peşəkar reputasiyasını ləkələmək olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG