Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:12

Azərbaycanlılar kapitalı Türkiyəyə yatırır


Istanbul

►Azərbaycan ilk onluqdadır

2016-cı ilin 4 ayında Türkiyədə Azərbaycan kapitallı 64 şirkət, yaradılıb. Onlardan 24-ü səhmdar cəmiyyətdir.

Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, bu şirkətlərin kapitalına 8,6 milyon türk lirəsi investisiya qoyulub. Bunun 7,2 mln lirəsi və ya 80 faizi Azərbaycandan olan tərəfdaşların payına düşür.

Bu il Türkiyədə yaradılan şirkətlərin sayına görə, Azərbaycan ilk onluğa daxildir.

Hazırda Türkiyədə Azərbaycan kapitallı 1700 şirkət fəaliyyət göstərir.

Xaricdən Gürcüstana sərmayə qoyanlar arasında isə azərbaycanlılar birinci yeri tutur. Bu barədə bundan əvvəl Gürcüstanın hakimiyyət orqanları açıqlama verimişdilər.

Yerli ekspertlər bütün bunların səbəbini Azərbaycana nisbətən Türkiyə və Gürcüstanda biznesə əlverişli şəraitin olması ilə izah edirlər.

Buna da bax: Parisi su basır

Parisi su basır
Gözlə
Embed

No media source currently available

0:00 0:01:11 0:00

XS
SM
MD
LG