Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

ABŞ və Türkiyə arasındakı gərginlik manata da təsir edir


Azərbaycanda senzura bərpa olunur? Saytlar dalbadal bloklanır
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Azərbaycanda senzura bərpa olunur? Saytlar dalbadal bloklanır

Təhlilçilərin fikrincə, 40 ildən çoxdur ki, müttəfiq sayılan bu iki NATO üzvünün münasibətləri görünməmiş həddə pisləşib.

Keçən həftə Vaşinqton Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiyalar qoyub və bildirib ki, bu şəxslər amerikalı rahib Andrew Branson-un Türkiyədə həbsinə g[r’ məsuliyyət daşıyırlar. Vaşinqton rahibin azadlığa buraxılmasını tələb edir. Türkiyə prezidenti Recep Teyyip Erdo]an isə bildirib ki, Türkiyə, cavab addımı atacaq.

Vaşinqtonda, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi Türkiyə Layihəsinin direktoru Bülent Aliriza AzadlıqRadiosuna deyir ki, belə gərginlik Türkiyə xalqının maraqlarına xidmət etməyəcək, məsələn, lirə bu il dollara nəzərən rekord həddə, 27 faizə qədər dəyər itirib, bu isə ölkə iqtisadiyyatına zərbədir:

“Çünki Türkiyə idxaldan çox asılıdır. Xüsusilə də, 1980-ci ildə, dünya iqtisadiyyatına açıldıqdan sonra türk şirkətlərinin borcları da artıb. Türkiyənin xaricdən aldığı borclar da bahalaşır və Senatın Xarici Əlaqələr Komitəsindən keçmiş qanun təsdiqlənərsə, o zaman Türkiyənin beynəlxalq kredit təşkilatlarından borc alması çətinləşəcək. Odur ki, Türkiyə “altdan almağa” çalışır”.

Bülent Aliriza deyir ki, bütün hallarda, Türkiyənin və ABŞ -ın bu qarşıdurmada nəyi hədəflədiyini və necə davranacağını demək çətindir, çünki siyasət artıq rasional konteksdən çıxıb. Bülent Alirizanın sözlərinə görə, bu münasibətlərin gərginləşməsində həm Türkiyənin, həm də ABŞ -ın rolu var.

Erdoğan-Putin yaxınlaşması

Vladimir Putin (solda)və Recep Tayyip Erdoğan
Vladimir Putin (solda)və Recep Tayyip Erdoğan

Vaşinqtondakı başqa bir araşdırma mərkəzi - Atlantika Şurası avqustun 7-də “ABŞ Türkiyə münasibətləri - Müttəffiqlikdən böhrana” başlıqlı məqalə dərc edib. Məqalədə diqqət bu münasibətlərin illər üzrə necə pisləşməsinə yönəldilir. Deyilir ki, Ankara və Vaşinqtonun arası birinci dəfə, ABŞ-ın Suriyadakı kürd yaraqlılarını müdafiə etməsindən sonra dəyib.

2018-ci ildə Türkiyə Afrinə girəndə bu gərginlik daha da artıb.

Məqalədə deyilir ki, Türkiyədə, dövlət çevrilişinə cəhddən sonra bəzi Türkiyə rəsmiləri hətta ABŞ-ı bu çevirilişin arxasında durmaqda günahlandırdılar.

ABŞ-ın səbr kasasını daşıran isə Türkiyə və Rusiya arasındakı anlaşma olub.

2016-cı ilin yayında, Türkiyə və Rusiya Suriyada əməkdaşlığa dair razılığa gəldilər. 2017-ci ildə isə onların arasında iki anlaşma əldə edilib - Türkiyəyə yeni qaz kəmərinin çəkilməsi və Rusiyanın Türkiyəyə S-400 raketdən müdafiə qurğularının satılması ilə bağlı razılaşma.

ABŞ NATO müttəfəqinin Rusiya ilə belə yaxınlaşmasını yolverilməz hesab edir.

AzadlıqRadiosu bu mövzuda Bakı sakinlərinin də fikirlərini öyrənib:

Ərdoğanın xarici siyasəti Türkiyəni gücləndirir, yoxsa zəiflədir?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Azərbaycan iki müttəfiq arasında

Həm Türkiyə, həm ABŞ, Azərbaycanın müttəfiqləridir. Türkiyə Azərbaycan üçün çox yaxın iqtisadi və siyasi tərəfdaşdır, Qərbə açılan qapıdır. ReAl partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, gərginlik davam etsə, Ankara və Vaşinqton hətta rəsmi Bakıdan kimin yanında olmaqla bağlı seçim etməyi də istəyə bilər. Bu da Azərbaycanın siyasi cəhətdən dalana dirənməsi ilə nəticələnə bilər.

Natiq Cəfərli deyir ki, Türkiyə iqtisadiyyatının pisləşməsinin də Azərbaycana mənfi təsirləri var:

“Azərbaycanın ən iri layihələri Türkiyə ilədir və Türkiyədə durumun pisləşməsi Azərbaycanın strateji layihələrinin təhlükəsizliyi və maliyyələşməsi üçün problem yarada bilər. Bundan başqa lirənin zəifləməsi həm manata psixoloji basqılar yaradır, həm də qeyrii-neft sektorunun tamamilə zəifləməsinə gətirib çıxarır”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli deyir ki, lirə ucuzlaşdıqca, Azərbaycandan valyuta axını artır. İdxalın həcmi böyüyür, Azərbaycanın özünün ixracatı isə azalır.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin, Türkiyə Layihəsinin direktoru Bülent Əlirza isə deyir ki, Türkiyə və ABŞ münasibətlərinin gələcəkdə daha da pisləşməsi mümkündür:

“İki tərəfi birləşdirən bir Sovet faktoru var idi. Artıq o olmadığı üçün Türkiyə Rusiya ilə, İranla yaxşı münasibət qurub, önümüzdəki günlərdə Türkiyə ilə ABŞ-ın daha da uzaqlaşması mümkündür. Bunu da normal, soyuq müharibə dövrünün bitməsinin nəticəsi kimi görmək lazımdır”.

ABŞ-ın Ankaradakı səfirliyi isə avqustun 7-də bildirib ki, bütün gərginliyə baxmayaraq, ABŞ, Türkiyənin müttəffiqi olaraq qalır.

Reuters agentliyi yazır ki, Türkiyə lirəsi ucuzlaşmaqda davam edir. Gözlər isə Vaşinqtonda bu həftə iki ölkə rəsmilərinin keçirəcəyi görüşə dikilib, nəticələr zəifləməkdə olan lirənin qarşıdakı günlər üçün taleyini müəyyən edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG