Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Türkiyə hökuməti Almaniyaya etiraz bildirib


Türkiyə ədliyyə naziri Bekir Bozdağın Almaniyaa çıxış etməsinə imkan verilməyib
Türkiyə ədliyyə naziri Bekir Bozdağın Almaniyaa çıxış etməsinə imkan verilməyib

Türkiyə hökuməti Almaniyanın Ankaradakı səfirinə rəsmi etiraz bildirib.

Buna səbəb Türkiyə ədliyyə naziri Bekir Bozdağın Almaniyanın Qaggenau şəhərində türk icması qarşısında edəcəyi çıxışın ləğv edilməsi olub.

Bekir Bozdağ bu çıxışında Almaniya türklərini Türkiyədə aprel ayında keçiriləcək referendumda prezident Erdoğanın partiyasını dəstəkləməyə çağıracaqdı.

Referendumda hökumətin istədiyi nəticə alınarsa, Recep Tayyip Erdoğana bir prezident kimi hüdudsuz səlahiyyətlər veriləcək.

Lakin Reuters agentlyinin məlumatına görə Qaggenaunun yerli bələdiyyəsi bu mitinq üçün verilmiş icazəni geri götürüb.

Bələdiyyədən verilən məlumatda bu məkanın kifayət qədər böyük olmaması əsas gətirilib.

Bundan əvvəl Türkiyədə almaniyalı jurnalist həbs edilib. Bu həbslə əlaqədar Almaniyanın bir çox siyasətçiləri Merkel hökumətini Türkiyə üzərinə təzyiqləri artırmağa çağırıblar.

Die Welt qəzetinin müxbiri Deniz Yücel “terrorçu təbliğatda və Türkiyə hölkumətini gözdən salmaqda” ittiham edilərək həbs olunub.

Ümumiyyətlə Türkiyədə ötən ilin iyulundan bəri yüzlərlə jurnalist və onlarca media qurumu prezident Erdoğanın repressiyalarlına məruz qalıb.

Reuters agentliyinin verdiyi xəbərə görə Almaniyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət edilib.

Agentlik xəbər verir ki, cənab Bozdağ Almaniyaya səfərini ləğv edib. O bu ölkədə həm də Almaniyanın ədliyyə naziri ilə görüşməli idi.

Cənab Bozdağ deyib ki, “Türkiyəyə daim demokratiyadan, qanunun aliliyi və söz azdlığından mühazirə oxuyan bir ölkə türk icmasının tədbirinə icazə verməyib”.

Almaniyada yaşayan 3 milyon türkdən 1, 4 milyonunun Türkiyə səsvermələrində iştirak etmək səlahiyyəti var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG