Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 03:00

Almaniyada ‘Erdoğana xəbərçilikdə şübhəli’ imamların evlərinə reyd keçirilib


Qərb mediasından alınan xəbərlərə görə Almaniya polisi Türkiyəyə casusluqda şübhəli bilinən milliyyətcə türk müsəlman imamların evlərinə reydlər keçirib.

Britaniyanın “The Telegraph” qəzetinin verdiyi məlumata görə Almaniyanın ədliyyə naziri Heiko Maas Türkiyəni dindən özünün kəşfiyyat məqsədləri üçün istifadə etməkdə günahlandırıb.

Polis bildirib ki, evlərinə reyd keçirilmiş dörd türk imamın Fethullah Gülen tərəfdarlarını izlədikləri və topladıqları casus məlumatlarını rəsmi Ankaraya ötürdükkləri iddia olunur.

Bu dörd nəfər Türkiyə hökuməti tərəfindən dəstəklənənvə Almaniyadakı türk müsəlman icmasına xidmət göstərən DİTİB (Diyanet İşleri Türk İslam Birliği) adlı agentliyin işçiləridir.

Qərb mediası yazır ki, Türkiyə türk milliyyyətindən olan imamlardan 30 ölkədə Erdoğanın opponentlərinə qarşı casusluq fəaliyyətində istifadə edir və bu münvalla artıq “qlobal imam casus şəbəkəsi” yaranıb.

Ötən həftə Almaniya təhlükəsizlik orqanları Ankaraya xəbərçilik edən 13 türk imamın olduğu barədə məlumat verib.

Təhlilçilər bildirirlər ki, reydlərin gedişində heç kim həbs olunmasa da bu hadisə onsuz da gərgin olan Almaniya-Türkiyə münasibətlərini daha da tarıma çəkəcək.

Bununla belə, Almaniya Ədliyyə Nazirliyi xəbərdarlıq edərək bildirib ki, dindən casusluq üçün istifadə edənlər din azadlığından faydalana biləcəklərini düşünməməlidirlər.

Nazirliyin bəyanatında deyilir ki, əgər sözü gedən imamlardan kiminsə xəbərçilik fəaliyyəti təsdiqlənərsə, bütünlükdə DİTİB-in məsələsinə baxıla bilər.

Bu arada bu şənbə günü Türkiyənin baş naziri Binali Yıldırım Köln şəhərində türk icmasının nümayəndələri qarşısında çıxış etməlidir.

Onun Erdoğana sonsuz səlahiyyətlər verməli olan referendum üçün təbliğat çıxışı edəcəyi bildirilir.

Almaniyada yaşayan türklərin Türkiyə seçkilərində səs vermək hüququ var.

Almaniyanın müxalif millət vəkilləri Yıldırımın bu səfərinə yol verilməməsinə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG