Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ-dan bir daha Türkiyəyə F-35 xəbərdarlığı


 F-35
F-35

"Əgər Ankara, Rusiyadan S-400 zenit raket kompleksləri almaq planından daşınmasa, bu ölkəyə yeni nəsl F-35 qırıcı təyyarələrinin verilməsi sual altında qalacaq".

AzadlıqRadiosunda olan məlumata görə, bunu ABŞ senatında keçirilən diləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Wess Mitchell deyib.

O, həmçinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini xatırladıb.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın Suriya siyasəti və Türkiyədə onlarla ABŞ vətəndaşlarının həbsinə görə Vaşinqtonla Ankara arasındakı münasibətlər gərginləşib.

Ankara həbs edilən ABŞ vətəndaşlarını terrorçularla bağlılıqda ittiham edir.

Amma Mitchell qeyd edib ki, Türkiyə “İslam dövləti” qrupu da daxil olmaqla terrorçu qruplarla mübarizədə ABŞ-ın NATO-da əsas müttəfiqidir.

ABŞ prezidenti Donald Trump mayın 26-də Racep Tayyip Erdogana telefon açaraq onu prezident sçilməsi münasibəti ilə təbrik edib. Erdoganın ofisindən verilən məlumata görə, hər iki lider müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli münasibətləri yaxşılaşdırmaq qərarına gəliblər.

Türkiyə ABŞ-dan 100-dək F-35 qırıcısı almağı planlaşdırır, habelə Patriot raketlərinin alınması üçün Vaşinqtonla danışıqlar aparıb.

Force F-35
Force F-35

Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almaq qərarı onun NATO müttəfiqləri arasında narahatlıq yaradıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG