Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:32

4 trilyon dollarlıq ziyan


Rumıniya
Rumıniya

Ötən il turizmdə azalmanın 60-80 faizi də inkişaf etməkdə olan ölkələrin payına düşür

Ötən il koronovirus pandemiya başlanandan turizmdəki durğunluğun iqtisadiyyata vurduğu ziyan 4 trilyon dolları keçə bilər. Bu haqda BMT iyunun 30-da hesabat yayıb.

Bu il beynəlxalq turizm sektorunda 1.7 - 2.4 trilyon dollarlıq itki gözlənir.

Hesabatı BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) və Ticarət və İnkişaf Konfransı (UNCTAD) hazırlayıb. Sənədin aşkarladığı əsas məqam inkişaf etməkdə olan ölkələrdə vaksinasiyada ləngimənin iqtisadi itkiləri artırmasıyla bağlıdır.

“Turizm milyonların dolanışıq yeridir, icmaların qorunması üçün vaksinasiyanın irəli aparılması, turizmin təhlükəsiz şəkildə yenidən işə düşməsi iş yerlərinin bərpası, çox gərəkən resursların qazanılmasından ötrü vacibdir”, – UNWTO-nun Baş katibi Zurab Pololikaşvili bəyanatında deyib.

O, bir çox inkişaf etməkdə olan ölkələrin beynəlxalq turizmdən asılı olduğunu vurğulayıb.

Ötən il 2.4 trilyon dollarlıq ziyan

Azərbaycana turist sayında 74 faiz azalma olduğu bildirilir. Gürcüstana 79, Ermənistana 78, Türkiyəyə 73 faiz az turist gedib.

Ötən il koronavirus pandemiyası səbəbindən beynəlxalq hava səyahəti yarıbayarı azaldı. Bu isə 2020-ci ildə turizmdə və əlaqədar sektorlarda 2.4 trilyon dollarlıq boşluq yaratdı. Hesabatda xəbərdarlıq olunur ki, Covid-19 vaksinlərinin paylanmasından asılı olaraq bu il də oxşar itki baş verə bilər.

UNCTAD-ın ticarət təhlili bölümündən Ralf Piters bu il vəziyyətin heç də yaxşı olmayacağını deyib.

“İlin ilk üç ayı pis başladı, elə də çox səyahət gerçəkləşmədi”, – o, sözlərinə əlavə edib.

Hazırda dünyada vaksinasiya qeyri-bərabər şəkildə gedir. Bəzi ölkələrdə əhalinin bir faizindən azına, digərlərində 60 faizindən çoxuna peyvənd vurulub.

“80-ci illərdəyik”

Hesabata görə, vaksinlərin asimmetrik paylanması inkişaf etmiş ölkələrə turizmin vurduğu iqtisadi ziyanı gücləndirir və həmin ölkələr qlobal ÜDM itkisinin 60 faizini əhatələyə bilərlər.

Ötən il turizmdə azalmanın 60-80 faizi də elə inkişaf etməkdə olan ölkələrin payına düşür.

Birləşmiş Ştatlar kimi vaksinasiyanın sürətlə getdiyi ölkələrdə turizm sektoru daha sürətlə özünə gələ bilər. Amma yenə də UNWTO beynəlxalq turizmin ən tezi 2023-cü iləcən pandemiyadan öncəki səviyyəyə qayıdacağını gözləmir.

'Çökmüşük'- Hotel sahibləri İlham Əliyevdən kömək istədi
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

“Beynəlxalq turizmdə 30 il geriyə qayıtmışıq… 80-ci illərdəyik… Bir çox yaşayış yerlərinə həqiqətən təhdid yaranıb”, – Madriddə yerləşən UNWTO-nun Cenevrə təmsilçisi Zoritsa Uroseviç deyib.

“Uzunmüddətli perspektivdə… 2023-cü ildən sonra 2019-cu ilin rəqəmlərini gözləyirik”, – o vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG